UEFA Mayamidəki oyunun ləğvini alqışlayıb
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA ABŞ-da La Liqa matçının ləğv edilməsinə reaksiya verib.
Daha əvvəl La Liqa Mayamidə keçirilməsi planlaşdırılan “Vilyarreal” – “Barselona” matçının təxirə salındığını açıqlamışdı.
“UEFA La Liqanın qərarını alqışlayır. Xaricdə keçirilən liqa oyunları ilə bağlı mövqeyimiz aydındır.
UEFA daxili liqa oyunlarının ölkədən kənarda keçirilməsinə açıq şəkildə qarşı olduğunu bir daha bəyan edir. Ötən ay Tiranada keçirilən İcraiyyə Komitəsinin iclasından sonra UEFA İspaniya və İtaliya milli futbol assosiasiyalarından daxil olan müraciətlərə uyğun olaraq, bu məsələnin tam nəticələrini qiymətləndirmək üçün maraqlı tərəflərlə əlavə məsləhətləşmələr aparıb.
Bu məsləhətləşmələr təsdiqlədi ki, yerli liqa oyunlarının xaricə köçürülməsi ideyası azarkeşlər, digər liqalar, klublar, oyunçular və Avropa təşkilatları tərəfindən dəstəklənmir”, - qurumun bəyanatında bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 22 Oktyabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















