Icma.az
close
up
RU
UEFA nın rəsmi saytı “Napoli“ “Qarabağ“ oyunundan yazdı

UEFA nın rəsmi saytı “Napoli“ “Qarabağ“ oyunundan yazdı

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının 5-ci turunun "Napoli" - "Qarabağ" oyunu ilə bağlı yazı hazırlayıb. Bu matç noyabrın 25-də Neapol şəhərində keçiriləcək.

Həmin yazını təqdim edirik.

"Napoli" UEFA Çempionlar Liqasının ümumi mərhələsinin beşinci turunda "Qarabağ"ı qəbul edir və qələbə qazanacağı halda Azərbaycan çempionu ilə xallarını bərabərləşdirəcək.

Əvvəlki qarşılaşmalar

"Napoli" Azərbaycan təmsilçisi ilə ilk dəfə qarşılaşır. "Qarabağ" isə bundan əvvəl İtaliya klubları ilə keçirdiyi altı oyunun heç birində qalib gəlməyib (1 heç-heçə, 5 məğlubiyyət) və səfərdə oynadığı üç görüşün hər birində uduzub.

"Atlar" son dəfə A Seriyası təmsilçisi ilə əvvəlki (və indiki mövsümə qədər yeganə) Çempionlar Liqası mövsümündə qarşılaşıb. ÇL-2017/18-in qrup mərhələsində azərbaycanlılar "Roma"ya evdə 1:2, səfərdə isə 0:1 hesabı ilə uduzublar.

"Napoli"

Bu, "Napoli"nin Çempionlar Liqasının əsas mərhələsində 9-cu çıxışıdır. Komandanın ən yaxşı nəticəsi 2022/23 mövsümündə qeydə alınıb - o zaman klub 1/4 finala yüksəlmişdi. Ötən mövsüm neapollular 2009/10 mövsümündən sonra ilk dəfə avrokuboklardan kənarda qalmışdılar.

"Qarabağ"

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinə ikinci dəfə yüksəlib. Komanda ilk dəfə ÇL-2017/18 mövsümündə qrup mərhələsində çıxış etmiş və "Roma", "Çelsi" və "Atletiko" ilə eyni qrupda sonuncu yeri tutmuşdu. Ağdam təmsilçisi həmin mövsüm iki xalını məhz "Atletiko"ya qarşı matçlarda qazanmışdı.

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində iştirak etmiş yeganə Azərbaycan komandasıdır.

Bu, klubun avrokuboklarda ardıcıl 12-ci ümumi/qrup mərhələsidir. Ötən mövsüm UEFA Avropa Liqasının ümumi mərhələsində azərbaycanlılar 8 oyunun 7-də məğlub olmuş (1 qələbə) və 36 komanda arasında sonuncu yeri tutmuşdu.

Əsas statistik göstəricilər

"Napoli" 4-cü turda "Ayntraxt"la 0:0 oynayıb və son 19 ev Çempionlar Liqası oyunundan yalnız birində məğlub olub (11 qələbə, 7 heç-heçə). Bununla belə, 2024/25 mövsümünün İtaliya çempionu turnirin əsas mərhələsində keçirdiyi son 6 oyunun yalnız birini qazanıb (2 heç-heçə, 3 məğlubiyyət). Bu mövsüm 4 turdan sonra italiyalıların aktivində 4 xal var.

"Napoli" Çempionlar Liqasında heç vaxt ardıcıl iki oyunda qol vurmayaraq qalmayıb. Komanda əsas mərhələdə keçirdiyi 32 ev matçının 30-da rəqib qapısına yol tapıb.

"Qarabağ" bu mövsüm keçirdiyi 10 avrokubok oyunundan yalnız 2-də uduzub (7 qələbə, 1 heç-heçə). 4-cü turda Qurban Qurbanovun komandası evdə "Çelsi" ilə 2:2 oynayıb. "Atlar" cari avrokubok mövsümündə evdə keçirdiyi beş oyunundan üçünü qazanıb (1 heç-heçə, 1 məğlubiyyət).

"Qarabağ" ümumi mərhələnin startında səfərdə "Benfika" üzərində 3:2, evdə isə "Kopenhagen" üzərində 2:0 hesablı qələbə qazanıb - bunlar klub tarixində əsas mərhələdə əldə olunan ilk qələbələrdir.

"Atlar" Çempionlar Liqasındakı son 7 oyununda 18 qol vurub.

Kaboverdeli vinger Leandro Andrade "Qarabağ"ın son 6 avrokubok oyunundan 5-də qol vurub. (qol.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Noyabr 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri