UEFA prezidenti La Liqa və A Seriyası matçlarının xaricdə keçirilməsi qərarına təəssüflənib
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA prezidenti Aleksander Çeferin ölkə xaricində keçirilən milli liqa oyunlarını şərh edib.
İdman.biz-in məlumatına görə, bu gün Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İspaniya və İtaliyadan kənarda bir La Liqa və A Seriyası matçının keçirilməsinə istisna hal kimi icazə verib. Bu o deməkdir ki, “Vilyarreal” və “Barselona” ABŞ-ın Mayami şəhərində, “Milan” və “Komo” isə Avstraliyanın Pert şəhərində oynaya biləcəklər.
“Liqa matçları doğma torpaqda oynanılmalıdır. İstənilən başqa qərar, matçlarda iştirak etmək istəyən sadiq azarkeşləri hüquqlarından məhrum edəcək və rəqabəti pozacaq. Məsləhətləşmələrimiz bu narahatlıqların miqyasını təsdiqlədi.
Bu matçların (xaricdə) oynanılmasına icazə verilməsi təəssüf doğursa da, verilən qərar müstəsnadır və presedent kimi qəbul edilməməlidir.
Məqsədimiz aydındır: milli liqaların bütövlüyünü qorumaq və futbolun öz mühitində qalmasını təmin etmək”, - Çeferin bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 07 Oktyabr 2025 00:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















