UEFA reytinqi: Azərbaycan mövqeyini möhkəmləndirdi
Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirib.
Apasport.az xəbər verir ki, bu, "Sabah", "Qarabağ" və "Zirə"nin avrokuboklardakı səfər qələbələri sayəsində mümkün olub.
"Sabah" Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Uels TNS-inə 2:1, "Qarabağ" Avropa Liqasında İslandiya "Vestri"sinə, "Zirə" isə Gürcüstanın "Torpedo Kutaisi" komandasına 3:0 hesabı ilə qalib gəlib.
Nəticədə Azərbaycanın aktivinə daha 0,750 xal, cari mövsümdə isə ümumilikdə 1,500 xal yazılıb. Bununla da ölkənin son 5 mövsümdəki xalları 20,062-yə çatıb.
Hazırda Azərbaycan 26-cı pillədə qərarlaşsa da, özündən bir pillə irəlidəki İsraildən cəmi 0,688 xal geridədir.
Növbəti pillələrə gəldikdə, Bolqarıstan xalını 18,562-yə çatdırıb və 27-ci mövqeyə yüksəlib. Əvəzində Slovakiya 18,500 xalla 28-ci yerə enib.
Vadim Abdullayev rəsmən "Kəpəz"də “İmişli” yeni loqosunu təqdim edib Qadın liqalarının klub nümayəndələri ilə görüş keçirilib Burundili hücumçu "Araz-Naxçıvan"da - RƏSMİ "Sumqayıt" ilk yoxlama oyununda "Qəbələ" ilə qarşılaşacaq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 17 İyul 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















