UEFA “Turan Tovuz”la bağlı yekun qərarını verdi
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Turan Tovuz”la bağlı yekun qərarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, UEFA-nın Apellyasiya Orqanının sədri klubun 2026/2027 mövsümü üçün UEFA Konfrans Liqasında iştirakına icazə verilməməsi barədə qərar qəbul edib.
Yayılan məlumata əsasən, “Turan Tovuz” turnirin reqlamentinin 4.01(g) maddəsində nəzərdə tutulan iştirak meyarlarına uyğun hesab edilməyib. Buna səbəb kimi klubun milli və ya beynəlxalq səviyyədə danışılmış oyunun təşkili və ya matçın nəticəsinə təsir göstərilməsi ilə bağlı fəaliyyətlərdə birbaşa və ya dolayı iştirakı göstərilib.
Beləliklə, Azərbaycan klubu növbəti mövsümdə avrokuboklarda çıxış etmək hüququndan qəti şəkildə məhrum edilib.
“Turan Tovuz” daha əvvəl yaydığı bəyanatda UEFA-nın qərarından şikayət vermək üçün “Court of Arbitration for Sport”a (CAS) müraciət edəcəyini açıqlamışdı.
Qeyd edək ki, 2019-cu ildə Birinci Divizionda çıxış edərkən danışılmış oyunlarla əlaqədar "Turan Tovuz"un yeddi futbolçusu - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 03 İyun 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















