Icma.az
close
up
RU
UFC Azərbaycan: Döyüş cədvəli açıqlandı

UFC Azərbaycan: Döyüş cədvəli açıqlandı

Icma.az bildirir, Apasport portalına istinadən.

Dünyanın aparıcı qarışıq döyüş sənəti (MMA) təşkilatı olan UFC, iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək möhtəşəm yüngül çəki qarşılaşması ilə yenidən Bakıya dönür.

Apasport.az xəbər verir ki, gecənin əsas döyüşündə yüngül çəkidə 9-cu pillədə qərarlaşan Rafael Fiziev reytinqdə 14-cü yerdə olan nokaut ustası Manuel Torreslə qarşılaşacaq.

UFC® FIGHT NIGHT: FIZIEV vs TORRES tədbirinin biletləri 15 may, cümə günü saat 10:00-da iTicket üzərindən satışa çıxarılacaq. Fight Club üzvləri 13 may, çərşənbə günü saat 10:00-da  bilətlərini əldə edə biləcəklər. Tədbirə maraq göstərərək öncədən qeydiyyatdan keçən şəxslər isə biletləri 14 may, cümə axşamı günü eyni saatda əldə edəcəklər.

2025-ci ildə uğurla baş tutmuş debüt tədbirindən sonra UFC yenidən Bakıya qayıdaraq döyüş idman həvəskarlarına Oktaqonda® daha bir yüksək gərginlikli gecə təqdim edəcək. Dünyanın müxtəlif ölkələrindən olan elit idmançıların iştirakı ilə keçiriləcək bu gecə həm uzun illərin UFC azarkeşləri, həm də yeni izləyicilər üçün ilin ən yaddaqalan idman hadisələrindən biri olmağa namizəddir.

Azarkeşlərin sevimlisi Fiziev (13-5) dağıdıcı “striking” texnikası və yüksək səviyyəli Muay Thai nokaut gücü ilə yenidən Oktaqona qayıdır. Yüngül çəki döyüşçüsü Rafael dos Anjos və Brad Riddell üzərində qazandığı yaddaqalan qələbələrlə tanınır. Ötən ilin iyununda Bakıda Ignacio Bahamondes üzərində yekdil qərarla qalib gələn reytinqin 9 nömrəli döyüşçüsü Azərbaycan tamaşaçılarını yenidən coşdurmağa çalışacaq.

Torres (17-3, Meksikanın Çiuaua ştatının Ciudad Madera şəhərini təmsil edir) isə qələbələrinin 17-dən 16-sını ilk raundda başa vuraraq qısa müddətdə diqqət çəkən iddiaçılardan birinə çevrilib. UFC-də keçirdiyi bütün beş qələbəli döyüşdən bonus qazanan Torres Grant Dawson, Drew Dober və Nikolas Motta üzərində möhtəşəm finişlərlə yadda qalıb və yüngül çəki reytinqində yüksəlişini davam etdirmək niyyətindədir.

Gecənin ikinci əsas qarşılaşmasında nokaut ustası Şara Maqomedov (16-1, Dağıstan, Rusiya) orta çəkidə Mişel Pereyra (32-14, 2 NC, Rio-de-Janeyro, Braziliya) ilə qarşılaşacaq. Hər iki döyüşçü qeyri-adi “striking” üslubu ilə tanındığından bu qarşılaşmanın gecənin ən baxımlı döyüşlərindən biri olacağı gözlənilir.

Turnirin digər döyüşləri:

● Bakı əsilli Nazim Sadıxov (11-2-1, hazırda Las-Veqası təmsil edir) yüngül çəkidə Mateus Kamilo (10-3-0, Rio-de-Janeyro, Braziliya) ilə qarşılaşacaq.
● Yüngül çəkidə Asu Almabayev (23-3, Almatı, Qazaxıstan) reytinqli döyüşçülərin qarşıdurmasında Çarlz Conson (19-8, Orlando, Florida) ilə üz-üzə gələcək.
● Orta çəkidə İkram Aliskerov (17-2, Mahaçqala, Rusiya) Brunno Ferreira (15-3, Kuritiba, Braziliya) ilə qarşılaşacaq.
● Abus Maqomedov (28-7-1, Düsseldorf, Almaniya) orta çəkidə Mixal Oleksieyçuk (22-9, 1 NC, Barki, Polşa) ilə döyüşəcək.
● Yenilməz yarımağır çəki döyüşçüsü Abdul Raxman Yaxyayev (9-0, Türkiyə) rekordunu qorumaq üçün Julius Walker (7-2, Sprinqfild, Missuri) ilə qarşılaşacaq.
● UFC-də debüt edəcək Fərman Həsənov (5-0, Bakı, Azərbaycan) yarımorta çəkidə Erik Nolan (8-4, Edison, Nyu-Cersi) ilə döyüşəcək.
● İsmayıl Naurdiyev (25-8, Rabat, Mərakeş) orta çəkidə Marvin Vettori (19-9-1, Mezzokorona, İtaliya) ilə üz-üzə gələcək.
● Digər orta çəki qarşılaşmasında Nursulton Ruziboyev (36-9-2, 2 NC, Daşkənd, Özbəkistan) Andrey Pulyayev (10-3, Novosibirsk, Rusiya) ilə döyüşəcək.
● Yarımorta çəkidə Daniil Donçenko (14-2, Korosten, Ukrayna) Andreas Qustafsson (12-3, Yevle, İsveç) ilə qarşılaşacaq.
● Bantam çəkidə Bekzat Almaxan (12-3, Almatı, Qazaxıstan) və Jan Matsumoto (17-2, Braqansa Paulista, San-Paulu, Braziliya) yüksək temp vəd edən döyüşdə üz-üzə gələcəklər.
UFC tədbirlərinin böyük maraqla qarşılandığını nəzərə alaraq, azarkeşlərə biletlərə erkən çıxış əldə etmək üçün ufc.com/Baku saytında öncədən qeydiyyatdan keçmək, eləcə də ən son yeniliklərdən xəbərdar olmaq məqsədilə @UFC -nin sosial media hesablarını və @fightnightbaku səhifəsini izləmək tövsiyə olunur.

UFC: Çimaevlə Striklendin döyüşü erkən başladı - VİDEO Topuriadan Trampa: "DOSTUNUZA NİYƏ BELƏ AĞIR DÖYÜŞ VERMİSİNİZ?" Bakıda keçiriləcək UFC turnirinin cədvəli açıqlandı Topuria Armanı hədələdi: “Birinci raundda çənəsini qıraram” Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb - VİDEO
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://apasport.az
archiveBu xəbər 12 May 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri