UFC Fight Night: Ağır çəki üzrə ilkin kartın qalibi müəyyənləşdi FOTO
Icma.az bildirir, Milli.az portalına istinadən.
Ağır çəkidə Həmdi Abdel Vahab (6-0-0, Misir) və Məhəmməd Usman (11-4-0, Nigeriya) arasında ilkin kartın qalibi müəyyənləşib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, qalib Nigeriya təmsilçisi olub.
Xatırladaq ki, "UFC Fight Night" turniri ilk dəfə olaraq 21 iyun tarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaq döyüş gecəsində 6-sı əsas kartda, 6-sı isə ilkin kartda olmaqla, ümumilikdə 12 döyüş olacaq.
Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xəlil Rauntri arasında baş tutacaq.
Ən vacib ikinci döyüş isə yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçiriləcək.
Həmçinin, oktaqona çıxacaq azərbaycanlı döyüşçülər - Nazim Sadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottaya və qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 21 İyun 2025 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















