Icma.az
close
up
RU
Uğur bu məktəbdə başlayır! Foto

Uğur bu məktəbdə başlayır! Foto

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2024-2025-ci tədris ilində fəaliyyətə başlayan Kaspi Abituriyent Məktəbi elə ilk tədris ilində sınaqdan uğurla çıxaraq ilk məzun gününü keçirib.

“Qafqazinfo” xəbər verir ki, məktəbin ilk məzunlarına artıq attestatlar verilib.

Təntənəli mərasimə valideynlər, müəllim heyəti, ictimaiyyət nümayəndələri qatılıb və məzunların sevincini bölüşüblər.

Kaspi Abituriyent Xidmətinin rəhbəri Rəsul Ağayev bildirib ki, 1 il öncə irəli sürdükləri yeni ideya – Kaspi Liseyinin yeni layihəsi olan Kaspi Abituriyent Məktəbləri modeli artıq öz təsdiqini tapıb və məzunlar təhsillərini başa vuraraq, yeni bir mərhələyə qədəm qoyublar.

R. Ağayevin sözlərinə görə, məzunlar həm buraxılış, həm də blok imtahanlarında uğurlu nəticələr göstəriblər: “Bu məzunlar təkcə uğurlu nəticələrlə deyil, düşüncəli, hədəfli və məsuliyyətli gənclər kimi yetişərək təhsil sistemində yeni bir yanaşmanın mümkünlüyünü təsdiq etdilər. Sözün əsl mənasında, bu bizim üçün çox xüsusi bir an oldu. İlk dəfə idi ki, bir il boyunca sistemli şəkildə təhsil alan, yalnız universitetlərə qəbul imtahanlarına deyil, həyata da hazırlanmış bir qrup gənci məzun kimi yola saldıq. Bu, sadəcə bir məktəbin məzunluq tədbiri deyildi – bu, təhsil modelimizin real nəticə verdiyini sübut edən ilk addım idi”.

Kaspi Liseyinin yeni layihəsi olan Kaspi Abituriyent Məktəbi şagirdlərə həm dövlət attestatı, həm də ali məktəbə qəbul imtahanlarına yüksəksəviyyəli hazırlıq təqdim edən təmayüllü, inteqrasiya olunmuş yeni nəsil hazırlıq məktəbi modelidir. Bu məktəbdə şagird həm tam orta təhsilini başa vurub rəsmi dövlət attestatı alır, həm də əlavə repetitor hazırlığı və ya kursa ehtiyac duymadan elə məktəbin daxilində sistemli şəkildə qəbul imtahanına – buraxılış və blok imtahanlarına eyni bir məkanda hazırlaşır.

R. Ağayev Kaspi Abituriyent Məktəbinin gələcək planları barədə danışaraq bildirib ki, qarşıdakı illərdə məktəb daha da genişlənəcək: “Kaspi Abituriyent məktəblərinin Bakıda və digər regionlarımızda açılması daha çox sayda vətəndaşımızın bu xidmətdən istifadə etməsinə və faydalanmasına səbəb olacaq. İlk olaraq, Gəncə şəhərində Kaspi Abituriyent Məktəbi artıq fəaliyyətə başlayıb və qeydiyyat davam edir. Növbəti il məhz Gəncədə də ilk məzunlarımızın olacağına inanırıq”.

Hazırda Kaspi Abituriyent məktəblərinə 8-ci, 9-cu, 10-cu və 11-ci siniflər üzrə qeydiyyat davam edir.

Niyə Kaspi Abituriyent Məktəbi?

Rəsmi dövlət attestatı ilə tam orta təhsil imkanı

Lisey təhsil modeli – kurs qiymətinə

Münasib, rahat aylıq ödəniş şərtləri!

Buraxılış və blok imtahanlarına tam hazırlıq

Sistemli tədris proqramı

Peşəkar müəllim heyəti

Siz də həm rəsmi dövlət attestatını əldə etmək, həm də peşəkar müəllim heyətindən dərs alaraq universitetlərə qəbul imtahanına sistemli şəkildə hazırlaşmaq istəyirsinizsə, Kaspi Abituriyent Məktəbi tam doğru seçimdir!

Kaspi Abituriyent məktəbləri:

1 saylı Əhmədli Tədris Korpusu:

Ünvan: Seyid Mirhəsən Ağa 1. (Təbrik Şadlıq evinin yaxınlığı, 3№-li Şahmat Məktəbinin yanı)

Əlaqə nömrəsi: (012) 370 74 05; (070)370 74 05

2 saylı Gəncə Tədris Korpusu

Ünvan: Azərbaycan bayrağı küçəsi 124 (GDU 2-ci korpusun yanı)

Əlaqə: (070) 276 01 81


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 İyul 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri