Icma.az
close
up
RU
Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir Nərgiz Babayeva

Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir Nərgiz Babayeva

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Həkimlik yolundan sahibkarlığın incə dünyasına addım atan Nərgiz Babayeva öz adını tarixə "süfrələrin memarı” kimi yazdırdı. O, yalnız dadı deyil, süfrə mədəniyyətini də sənət səviyyəsinə yüksəldən bir vizionerdir. "My Dom Nargiz” brendi ilə hər detala, hər incə toxunuşa həyat verərək, sadə yeməkləri xatirə dolu təcrübələrə çevirir.

Nərgiz xanımın hekayəsi – əzmkarlığın, zəhmətin və inamın qüdrətli gücünün canlı nümunəsidir. O, gənclərə yalnız sahibkar olmağın yollarını göstərmir; həm də uğur üçün lazım olan ilhamı, süfrənin incə zərifliyini və dizaynın poetikasını bölüşür. Hər bir süfrə onun əli ilə həyat tapır, hər bir detal onun ruhundan danışır.

Nərgiz Babayeva – qadın gücünü incəliklə birləşdirən, biznesi və sənəti harmoniya ilə yoğuran parlaq simadır.
Nərgiz Babayeva AZXEBER.COM-un "Uğurlu qadın" rubrikasının qonağıdır. Müsahibəni təqdim edirik: 

- Həkimlikdən sahibkarlığa keçən yolu necə təsvir edərdiniz?

- Mənim həkimlik yoluna çıxmağımda valideynlərimin böyük rolu olub. Onlar mənim üçün bu peşəni seçdilər və mən də onların arzularını gerçəkləşdirdim. Amma insan yalnız öz ürəyindəki arzunu reallaşdıranda, həqiqətən nə istədiyini tapanda xoşbəxt olur. Çünki peşə – sadəcə iş deyil, həm də həyat eşqidir.

Mənim ürəyim isə hər zaman mətbəxin sehrində, dizaynın incəliklərində döyünüb. Fantaziyalarım, yeniliklərim o qədər çoxdur ki, bu sahədə istənilən insana rəqabət aparmağa hazıram. Bu istiqamətdə özümə güvənim çoxdur. Axı boşuna mənə "süfrələrin memarı” deməyiblər (gülür)

- Ana, sahibkar qadın və nənə olmaq... Bunların hansı çətinlikləri var?


- Mənim həyatımda ailə hər şeyin mərkəzindədir. İki qızım, bir oğlum, iki kürəkənim və sevimli nəvələrim var. Amma mən nənəliyi yalnız uşaqları qucaqlamaqla yox, onlara güclü örnək olmaqla yaşayıram. Hesab edirəm ki, əsl nənəlik yaşım nəvələrimin övladlarını qucağıma alanda gələcək (gülür).
Mənim üçün nənəlik gələcək nəsillərə güc, müdriklik və inam mirası qoymaqdır. Mən istəyirəm ki, övladlarım və nəvələrimin timsalında hesab edirəm ki, gənc nəsil yanlarında daim çalışan, uğur qazanmaqdan qorxmayan, həm ana, həm sahibkar, həm də qadın olaraq öz ayaqları üstündə duran bir insan görməlidilər. Biz bu formada gələcək nəsillərə nümunə olsaq hesab edirəm ki, onlar da uğur qazanacaqlar.

- "Uğurlu qadın" olmaq üçün nə etmisiniz?

- Əlbəttə, uğurun arxasında hər zaman seçimlər dayanır. Mən də çox zaman şəxsi arzularımı, qadın olaraq istədiklərimi kənara qoyaraq işimə, övladlarıma və gördüyüm işin gələcəyinə üstünlük vermişəm. Amma buna qurban kimi baxmıram. Çünki sevdiyim işin, ailəmin və yaratdıqlarımın verdiyi güc mənim üçün ən böyük xoşbəxtlikdir.

- Günümüzdə boşanmaların sayı artıb. Çox zaman ayrılıqlardan sonra münasibətlər gərginləşir. Boşanmış qadın üçün bu, cəmiyyətdə özünü təsdiqləmək baxımından çətinlik yaradırmı? Boşanmış xanım kimi bu barədə təcrübənizdən çıxaran nəticəni paylaşa bilərsinizmi?

- Mənim fikrimcə, ayrılıq həyatın sonu deyil. Əksinə, hər kəsin öz yolunu tapması üçün bir seçim ola bilər. Əsas məsələ münasibətləri hörmət üzərində saxlamaqdır. Təəssüf ki, boşandıqdan sonra bir çox ailələr düşmən kimi ayrılırlar, amma mən bunu doğru hesab etmirəm. İnsanlar övladları üçün, həm də öz ləyaqətləri naminə dostluq və anlayışı qorumağı bacarmalıdırlar. Mənim üçün önəmli olan ailəmin xoşbəxtliyi və münasibətlərdə səmimiyyətin itirilməməsidir.

Övladlarımın atası ilə münasibətimiz qarşılıqlı hörmət üzərində qurulub. Valideyn olaraq övladlarımız üçün hər zaman birlikdəyik, onların sevincli günlərində yan-yana olmağa çalışırıq. Həyatda hər kəsin öz yolu var, biz də dostluq və anlayışla münasibətimizi davam etdiririk.

 

- Gərgin iş rejiminizdə özünüzə vaxt ayıra bilirsinizmi?


- Uzun illər işim mənim bütün vaxtımı aldı. "My Dom Nargiz”in bu qədər sürətlə tanınacağını heç təsəvvür etməzdim. İnsanların məni tanıması, dəstək göstərməsi əlbəttə ki, qürurvericidir. Amma bir məqamı dərk etdim: uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir.

Bu gün həyatımın ayrılmaz hissəsi idman, yoqa və meditasiya olub. Çünki güclü qadın olmaq təkcə işdə nəticə göstərmək deyil, həm də ruhunu və bədənini qorumaqdır. Mən inanıram ki, insan özünü sevəndə, balansı tapanda həm ailəsinə, həm də işinə daha çox enerji verə bilir.

- Bu qədər gənc qalmağınızın sirri budur?

- Mənim sirrim çox sadədir: özümə qayğı göstərmək. İdman, yoqa, meditasiya artıq həyatımın ayrılmaz hissəsinə çevrilib. Gecələr özümü yormuram, vaxtında yatır, səhərlər tez oyanıram. Çünki bilirəm ki, mən yaxşı olanda ətrafımda hər kəsə də yaxşı enerji verə bilirəm. Bəlkə də gənc qalmağımın əsas səbəbi budur – özümü sevmək və balansı qorumaq.

- Sizi xoşbəxt qadın adlandırmaq olar?

- Mən özümü xoşbəxt hesab edirəm. Çünki həm sahibkar kimi sevdiyim işi görürəm, həm də ana kimi övladlarımın sevgisini duyuram. Mənim üçün xoşbəxtlik – uğurla ailə sevgisinin vəhdətidir. Əgər bunları qazanmışamsa, demək ki, həqiqətən xoşbəxt qadınam.

- Restoranlarınızın fərqi nədədir?

- Mənim üçün "My Dom Nargiz” sadəcə restoran deyil, bir incəsənət məkanıdır. Burada hər süfrə, hər təqdimat bir əsər kimidir. Başqaları ayın sonunda yalnız gəlirlərinə baxırsa, mən insanların gözlərindəki heyrəti və dilindəki sualı gözləyirəm: "Nərgiz bu dəfə hansı yeniliyi etdi?” Mənim üçün əsas qazanc da elə budur – insanların yaddaşında iz qoymaq.

- Bu konsepsiyanı xaricdə də davam etdirmək istərdinizmi?

- Əlbəttə, bu mənim böyük arzularımdandır. İstanbulda layihə açmaq planım olub, bəli, müəyyən çətinliklər də yaşandı. Amma mən inanıram ki, istedadı və əməyi heç kim əlimdən ala bilməz. Sadəcə zaman lazımdır. Mənim yolum dayanmadan davam edir və əminəm ki, "My Dom Nargiz”in qapıları bir gün başqa ölkələrdə də açılacaq.

 - Gənc sahibkar qadınlara hansı məsləhətləri verərdiniz?


- Mənim fikrimcə, qadın uğura gedən yolda ilk növbədə ailə dəyərlərini unutmamalıdır. Çünki insanın kökü, dayağı elə ailəsidir. Mən bu illər ərzində qazandığım hər şeyi halal zəhmətimlə əldə etmişəm və bunun üçün hər gün Allaha şükür edirəm.

Yeni yola çıxan qadınlara demək istəyirəm ki, iş həyatında nə qədər güclü olsanız da, ailənizi, sevdiklərinizi diqqətdən kənarda qoymayın. Həyat bəzən arzuladığımız kimi olmur, amma bizi güclü edən də elə yaşadığımız çətinliklərdir. Mənim də sınmış anlarım olub, amma hər göz yaşı məni daha dözümlü və iradəli edib. Və ən önəmlisi – risk etməyi bacarın. Çünki risk etməyən heç vaxt böyük uğura çata bilmir. Sahibkarlıq – həm cəsarət, həm də inam tələb edən yoldur.
Günel Hüseynli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 16 Sentyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see195

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see178

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see174

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

29 Oktyabr 2025 21:02see171

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see134

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see133

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see128

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see128

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see127

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see126

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see125

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see124

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see122

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see121

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see120

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see120

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see119

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see119

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see118

Acı bibər infarkt riskini azaldırmış

30 Oktyabr 2025 05:12see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri