Icma.az
close
up
RU
Uğurlarımız möhtəşəm, iftixarımız sonsuz, hədəflərimiz önəmlidir

Uğurlarımız möhtəşəm, iftixarımız sonsuz, hədəflərimiz önəmlidir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən əsrin sonunda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilərək fəaliyyətə başlayan Yeni Azərbaycan Partiyası (YAP) müstəqillik dövründə dövlətimizin tarixi uğurlarının bayraqdarıdır. Partiyanın sədri, Prezident İlham Əliyevin oktyabrın 2-də keçirilmiş YAP-ın VIII qurultayındakı nitqi aparıcı siyasi təşkilatın keçdiyi tarixi yolu, qazanılan nailiyyətləri, qarşıda duran vəzifələri dəyərləndirmək baxımından mühüm siyasi məna daşıyır. Eyni zamanda, bu ali məclis yeni ictimai-siyasi və geosiyasi reallıqların formalaşdığı bir mərhələnin başlanğıcı sayılır.

Yeni əsrin əvvəllərindən Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkənin hərtərəfli inkişafı iqtidar partiyasının xalq qarşısında böyük tarixi xidmətləridir. Növbəti qurultay göstərdi ki, YAP sədri İlham Əliyevin yüksək vətənpərvərlik səyləri sayəsində Azərbaycan daha işıqlı sabahlara üz tutub. Ölkəmiz özünün sivil mühiti, ictimai-siyasi sabitliyi, mədəni-iqtisadi inkişafı ilə dünyanın söz sahibi olan dövlətləri sırasına qoşulub. İqtidar partiyası isə regionun və dünyanın nüfuzlu siyasi partiyalarından biridir.

Partiya nizamnaməsinin qaydalarına görə, qurultaydan öncə yerli təşkilatlarda, o cümlədən də bizim Masallı rayon təşkilatında hesabat konfransları düzənləndi, hesabat dövründəki fəaliyyətlər sərf-nəzər edildi və ali məclisə nümayəndələr seçildi. 11 minə qədər üzvü olan rayon təşkilatımızı təmsil etdiyimiz üçün böyük qürur hissi ilə qurultaya qatıldıq.

Partiyamızın sədri İlham Əliyev qurultaydakı nitqində qazanılan uğurları göstərməklə bərabər, diqqəti ideoloji təhlükəsizlik amilinə cəlb edərək bildirib ki, artıq daha düzgün ideoloji iş qurmaq, şablonlardan əl çəkmək, formal xarakterli tədbirlərdən əl çəkmək vaxtıdır. Yəni yeni, müasir ideoloji yönüm formalaşdırılmalıdır ki, faydalı iş əmsalı daha da yüksək olsun.

Zamanın çağırışlarına reaksiya baxımından aktual olan bu fikirlər özlüyündə bir böyük həqiqəti ehtiva edir ki, vətənpərvər insanlar, xüsusilə də kreativ düşüncəli gənclərimiz xoşbəxt gələcəyin qurucularıdır. Bizim ideoloji məkanımızda yad ünsürlərə, yad təsirlərə yer olmamalıdır. Bu, eyni zamanda, xarici siyasət strategiyamızdır.

Dövlətimizin başçısı vurğulayıb: “Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına”.

Əlbəttə, möhtəşəm uğurlarımızın əsas “lokomotiv”i hər birimizin vətənpərvərliyidir. Tarixən bu yolda ən çətin sınaqlardan alnıaçıq çıxmışıq. Zəfər təntənələrimiz tariximizi daha da zənginləşdirib.

Tükənməz iftixar hissi ilə xatırlayırıq ki, 2020-ci il sentyabrın 27-də Qarabağda ermənilərin növbəti silahlı təxribatı səbəbi ilə Ali Baş Komandan Azərbaycan ordusuna əks-hücum əməliyyatlarına başlamaq əmrini verdi və 44 gün ərzində torpaqlarımız işğalçılardan təmizləndi. Prezidentin dediyi kimi, tarixə yazılan Zəfərimiz, ilk növbədə, dövlət-xalq-ordu birliyinin monolitliyi sayəsində qazanıldı. Azərbaycan xalqı öz böyüklüyünü və yüksək mənəvi ruhunu göstərdi.

Bildiyimiz kimi, VIII qurultay Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra ilk dəfə keçirilirdi. Əvvəlki ali məclis Böyük Zəfərdən cəmi bir neçə ay sonraya təsadüf etmişdi və onda hələ Qarabağda separatçı ünsürlər qalırdı. İndi isə əzəli torpaqlarımız düşmən tör-töküntülərindən tamamilə təmizlənib. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa, abadlıq və quruculuq işləri aparılır.

Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını qeyd edən dövlətimizin başçısı deyib: “Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib. Onların böyük hissəsi başa çatıb və eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb. Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək”.

Prezident İlham Əliyevin yeni dövrün strateji hədəfləri baxımından genişəhatəli nitqi bizi daha fəal olmağa və Vətənimizin rifahı naminə üstün fədakarlığa səfərbər edir. İrəliləyiş stimulumuz olan zəfərlərimiz təkcə keçmişə aid deyil, həm də gələcəyə daha böyük məsuliyyətlə yanaşmağı tələb edən yeni mərhələnin başlanğıcıdır.

Bu həqiqəti VIII qurultayda səslənən fikirlər də təsdiqlədi: dövlətçilik xəttinin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, ideoloji təhlükəsizliyin təmin edilməsi və müstəqil siyasətin davam etdirilməsi qarşıdakı dövr üçün əsas öhdəliyimiz olmalıdır.

Seyfəddin ƏLİYEV,
YAP Masallı rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri