Icma.az
close
up
RU
Uğurlu iqlim diplomatiyası Azərbaycanı beynəlxalq münasibətlər sistemində daha güclü mövqe sahibinə çevirir

Uğurlu iqlim diplomatiyası Azərbaycanı beynəlxalq münasibətlər sistemində daha güclü mövqe sahibinə çevirir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İqlim diplomatiyası yaşadığımız əsrdə beynəlxalq münasibətlərdə getdikcə daha vacib yer tutur. O, ilk növbədə iqlim böhranını həll etmək üçün əlaqələndirilmiş qlobal fəaliyyəti özündə əks etdirir. İqlim dəyişikliyinin təsirləri şiddətləndikcə, dünya ölkələri buna qarşı birgə mübarizə aparmaq, müvafiq öhdəlikləri müzakirə etmək, istixana qazlarının emissiyalarını azaltmaq, iqlim ədalətini təşviq etmək üçün artıq daha çox diplomatiyaya etibar edirlər. Belə diplomatiyanın qurulması və nəticələrin əldə edilməsi isə konkret fəaliyyət və liderlik tələb edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etmiş Azərbaycan da artıq həmin liderlər sırasındadır və bu, indi bütün dünyada qəbul olunur.

Ümumilikdə 80 dövlət və hökumət başçısının, 76 mindən çox iştirakçının qatıldığı COP29-da tarixi xarakterli nəticələrin əldə olunmasında Azərbaycanın diplomatik fəaliyyəti, iştirakçı tərəflər arasında dialoq yaratmaq məharəti müstəsna rol oynadı.  Elə bu kontekstdə 1997-ci il Kioto Protokolu,  2015-ci il Paris Sazişi, 2024-cü ildə Bakı Maliyyə Məqsədi və COP29 çərçivəsində əldə olunan digər razılıqlar xalqları ortaq iqlim məqsədləri ətrafında birləşdirən diplomatiyanın gücünü nümayiş etdirən konkret nümunələr kimi tarixdə öz yerini alıb.  Bu, həm də onun göstəricisidir ki, Azərbaycan iqlim diplomatiyasının inkişafına da yeni töhfələr verməyi bacaran ölkələr sırasındadır.

Qeyd etmək lazımdır ki,  iqlim diplomatiyasının əsas başlanğıc tarixi 1992-ci il 3-14 iyun tarixlərində Brazilyanın Rio-de-Janeyro şəhərində keçirilən BMT-nin Yer sammitinə gedib çıxır. Rio-de-Janeyro konfransı da adlandırılan bu tədbir istixana qazlarının konsentrasiyalarının sabitləşdirilməsinə yönəlmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) yaradılması ilə nəticələndi. O vaxtdan bəri UNFCCC çərçivəsində hər il keçirilən Tərəflər Konfransı qlobal iqlim diplomatiyasının təməl daşına çevrilib. Bu təməlin daha da möhkəmlənməsinə töhfə verən ölkələrdən biri də məhz Azərbaycandır. Ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim dipolmatiyasına yeni böyük töhfə oldu, eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin möhkəmlənməsində mühüm rol oynadı. 

COP29 çərçivəsində əldə olunan razılaşmalar diplomatik danışıqların bir-birindən fərqli milli maraqları kollektiv fəaliyyətə necə çevirə biləcəyini növbəti dəfə nümayiş etdirdi. Onu da bir daha təsdiqlədi ki, diplomatiya və konkret fəaliyyət  əməkdaşlıq vasitəsilə iqlim böhranının səmərəli həllində böyük önəm kəsb edir.  İndi əsas gözləntilər budur ki, COP29-dan sonra konkret siyasətlər, texnoloji innovasiyalar və davamlı təcrübələr vasitəsilə dünya ölkələri istixana qazı emissiyalarını azaltmağa daha çox səy göstərəcəklər. Ekstremal hava hadisələri və resurs çatışmazlığı kimi iqlim təsirlərinə uyğunlaşmaqda həssas ölkələrə dəstək də əhəmiyyətli dərəcədə artacaq. Bu, şübhəsiz ki, COP29-un ən böyük uğurlarından biri sırasında yer alır.

İqlim böhranına qarşı mübarizənin effektivliyi bundan sonra da dünya ölkələrinin bu böhranla bağlı birgə fəaliyyətindən əhəmiyyətli dərəcədə asılı olacaq. Çünki iqlim dəyişikliyi, təbii fəlakətlər dövlət sərhədlərini tanımır. Ölkələrdən hər hansı biri bəşəri problemə qarşı mübarizədə iştirak etməsə, planeti xilas etmək daha çətin olacaq. O səbəbdən kollektiv fəaliyyətə, bunun üçün də müvafiq şəraitin mövcudluğuna ehtiyac var. Dünya ölkələrinin öz iqtisadiyyatlarını “yaşıl texnologiya”lara köçürməsi daha dinamik xarakter almalıdır. Bunun artıq uğurlu nümunələri var və o nümunələrin müəlliflərindən biri də Azərbaycandır.  Dünyanın təhlükəsizliyi artıq Azərbaycanın və  “yaşıl texnologiya”lara sürətli keçid edən digər ölkələrin nümunəsinin nə qədər yayılmasından da  asılıdır.

Azərbaycan həm də belə hesab edir ki, iqlim diplomatiyası təkcə atmosferə atılan zərərli emissiyaların azaldılmasına yönəlməməlidir. O, həmçinin iqlim dəyişikliyindən təsirlənə bilən sülh və təhlükəsizliyin təşviqi üçün bir vasitədir. Bu mənada təsadüfi deyil ki,  COP29 Sədrliyi tərəfindən COP Atəşkəs Çağırışına start verildi, bu təşəbbüs dünyada böyük dəstək qazandı. COP29-un əsas mesajların biri o oldu  ki, bütün bəşər siyasi fərqliliyi bir kənara qoyaraq birlik olmalıdır və münaqişələrin vüsət alaraq artması fonunda bu amal həmişə olduğundan daha vacibdir. 

İqlim diplomatiyası dövrümüzdə Dördüncü Enerji Keçidinin uğurla reallaşa bilməsinin də əsas təməl daşlarından biri hesab olunur.  Bu enerji keçidinin əvvəlkilərdən bir əsas fərqi var. Ondan əvvəl olanlar yalnız yeni enerji mənbələrini özündə ehtiva edirdi. Dördüncü Enerji Keçidi isə ənənəvi yanacaq mənbələrini aradan qaldırmaq və onları bərpa olunan “yaşıl mənbə”lərlə, gələcəkdə isə yeni texnologiyalara əsaslanan digər davamlı mənbələrlə əvəz etmək məqsədi daşıyır.  Bundan əlavə, belə enerji keçidi enerji sistemlərinin strukturunun və fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur. Müvafiq nəticəyə uğurla nail olmaq üçün isə yenə dünya ölkələrinin birgə fəaliyyətinə, səmərəli iqlim diplomatiyası həyata keçirməsinə ciddi ehtiyac var.

O da faktdır ki, ölkələrin müxtəlif iqtisadi strukturları, enerji ehtiyacları və həssaslıq səviyyələri var və bu, bəzən onlar arasında konsensusu çətinləşdirir. Məsələn, qalıq yanacaqdan asılı olan ölkələr çox vaxt emissiyaların azaldılması ilə bağlı hədəflərə müqavimət göstərirlər. İqlim diplomatiyası sayəsində bunun aradan qaldırılması mümkündür və COP29 da bunu təsdiqlədi. Texnologiya mübadiləsi, karbon bazarları və iqlimlə əlaqəli ticarət siyasətləri ilə bağlı müzakirələrdə göründüyü kimi, böyük güclər arasında rəqabət tərəqqiyə mane ola bilər. Lakin iqlim diplomatiyası ilə bunu da aradan qaldırmaq olar.

Görünən odur ki, iqlim diplomatiyası yaranan problemləri həll etmək və yeni imkanlardan yararlanmaq üçün davamlı inkişaf etməlidir. Burada tərəqqini sürətləndirmək üçün diplomatik danışıqlarda təmiz enerji, iqlim modelləşdirməsi və digər belə məsələlərdə irəliləyişlərə üstünlük verilməlidir. Dünya ekoloji problemlərlə bağlı getdikcə daha təcili tədbirlər görmək ehtiyacı ilə üzləşdiyindən, bütün ölkələr üçün davamlı, ədalətli və təhlükəsiz gələcəyin qurulmasında iqlim diplomatiyasının rolu bundan sonra da vacib olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri