Icma.az
close
up
RU
Ukrayna 1994 dəki sənədin bənzərini imzalayacaq

Ukrayna 1994 dəki sənədin bənzərini imzalayacaq

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib.

Globalinfo.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, Trampın Zelenskini diktator adlandırmasına münasibətinizi bilmək istərdik. ABŞ ilə Ukrayna arasında nə baş verir?

– Tramp hələ birinci prezidentliyi dönəmindən Baydenin və ailə üzvlərinin korrupsiya cinayətlərinin işıqlandırılması barədə öz aralarında olan söhbəti açdığı üçün Zelenskiyə qəzəbli idi. O zaman buna görə demokratlar Trampa impiçment elan olunması məsələsini gündəmə gətirdilər. Bayden ailəsi haqqında məlumatlar sözsüz ki, Rusiyada da olmamış deyildi. Həmin vaxt Zelenskinin birmənalı mövqe sərgiləməməsindən Bayden də tam razı qalmamışdı və həm buna görə, həm də ola bilsin Rusiyaya işlədiyi üçün ona kömək etmədi. Zelenski təcrübəsizliyindən özünü və ölkəsini iki böyük güc arasına qarşıdurmanın iştirakçısına çevirmişdi. Həm də cəsarət nümayiş etdirib qaçmadığı və Qərb liderləri üçün “başağrısına” çevrildiyinə görə ona daha çox nifrət edirlər, nəinki Putinə. Zelenskinin növbəti səhvi ABŞ-a və Avropadakı müttəfiq hesab etdiyi ölkələrə hədsiz güvənməsi oldu. Bu səbədən də Rusiya ilə münasibətləri yumşaltmadı və ölkəsini müharibədən yayındıra bilmədi. Halbuki, o, 2014-cü ildə Budapeşt memorandumunu imzalamış ölkələrin Ukraynaya verdiyi dəstəyin nədən ibarət olduğunu görmüşdü. O, Qərb ekspertlərinin aforizmə çevrilmiş “ABŞ ilə düşmənçilik təhlükəli, dostluq isə ölümcül qorxuludur” deyimini də, ABŞ-ın Əfqanıstandan dovşan qaçışını da nəzərə almadı. İndi isə növbəti dəfə müdriklik nümayiş etdirə bilmədi və Trampa ona hücum etmək üçün bəhanə verdi. O, ABŞ maliyyə nazirini nəinki qəbul etmək üçün gözlətməməli, onu dəmiryol vağzalında qarşılamalı və nadir metalların istismarına dair sazişi elə orada da imzalamalı idi. Çünki Ukraynaya ABŞ-ın dəstəyi həyati əhəmiyyətlidir. Xatırlayırsınızsa bir vaxtlar böyük dövlət adamı Heydər Əliyevə deyirdilər ki, o əlverişsiz şərtlərlə “Əsrin müqaviləsini” imzalayıb. Bugünkü, torpaqlarını işğaldan azad etmiş Azərbaycan daha çox həmin qərara borcludur. Tramp hakimiyyətdə əbədi qalmayacaq, müqavilənin şərtlərinə gələcəkdə baxmaq da olardı. Təəssüf ki, liderlərin səhvlərinin ağır nəticələrini sadə vətəndaşlar yaşayır.

– ABŞ-ın Ukraynadan istədiyi yalnız həmin sazişdirmi?

– Əlbəttə yox. Tramp ciddi təhlükəsizlik təminatı vermədən atəşkəsə nail olmaq istəyir. ABŞ 1994-cü ildə eyni qaydada, Ukraynanı təhdid edərək, ciddi təhlükəsizlik təminatı vermədən Budapeşt memorandumunu ona imzalatdırdı, onun nüvə silahını əlindən aldı. Hazırda ikinci belə sənəd imzalatdırmaq istəyir. Açıq deyilməlidir, Trampqarışıq bütün dünya liderləri, Putindən çəkinir, bəziləri isə ona xidmət edir. Rusiya böyük nüvə dövlətidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Fevral 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri