Icma.az
close
up
RU
Ukrayna 30 günlük atəşkəsi QƏBUL ETDİ: “Zelenski bilir ki…”

Ukrayna 30 günlük atəşkəsi QƏBUL ETDİ: “Zelenski bilir ki…”

Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.

“Rusiya atəşkəsə o zaman gedəcək ki, bu dayanıqlı sülh olsun və Ukrayna kapitulyasiya aktına imza atsın”.

Bunu Rusiya-Ukrayna müharibəsi ilə bağlı yaranan vəziyyət, 30 günlük atəşkəs məsələsinin gündəmdə olması, habelə Rusiyanın buna etirazını Yenicag.az-a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Hərbi ekspertin sözlərinə görə, Rusiyaya indiki məqamda atəşkəs sərf etmir:

“Rusiya atəşkəslə bağlı öz fikrini dəfələrlə söyləmişdi. Trampın bugünkü hərəkətlərini də tutmaq olmur. Tramp hələ ki oynayır. Əvvəla, onun əlində güclü rıçaq yoxdur ki, son sözü desin. Çünki Avropa dövlətləri müharibənin davam etməsini istəyir və Zelenskiyə təzyiq göstərə bilirlər. Zelenski də bu danışıqlarda Ukraynanın yox, Avropanın marağında, birinci növbədə isə Böyük Britaniyanın konspekti üzrə hərəkət edir. Böyük Britaniya bəzi məlumatlara görə Ukraynanın təbii sərvətlərinin mühüm hissəsini, demək olar ki, ələ keçirib”.

“Zelenski də Trampın mövqeyini bildiyi üçün mədəd yeri kimi Avropaya baxır. Avropa İttifaqı Trampın təzyiqinə müəyyən bir şəkildə cavab verə bilir. Digər tərəfdən, ABŞ-də demokratlar və bəzi respublikaçılar Trampın bu mövqeyini dəstəkləmir. Tramp isə hələ ki manipulyasiya edir. Zelenski bilir ki, müharibə onu hakimiyyətdə saxlayan yeganə şeydir. Ona görə də Zelenski kim müharibəni dəstəkləyirsə, onun qərarını özünə vacib sayacaq”, – polkovnik əlavə edib.

Rusiyanın mövqeyinə gəldikdə isə hərbi ekspert bunları deyib:

“Hazırda Rusiya irəliləyir. Kurskdan Ukrayna qüvvələrini çıxardıqdan sonra orada olan ön xətdəki qüvvələri dəstəkləyərək irəliləməni daha da sürətləndirəcək. Ona görə də Rusiya üçün indiki məqamda atəşkəs əlverişli sayılmır. Rusiya atəşkəsə o zaman gedəcək ki, bu dayanıqlı sülh olsun və Ukrayna kapitulyasiya aktına imza atsın. Bu olmasa, Rusiya atəşkəsə getməyəcək. Rusiya Trampı da qıcıqlandırmaq istəməyəcək. Çünki Trampın Rusiyaya etdiyini yaxşı mənada heç kim etməyib”.

Səxavət Məmməd

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 12 Mart 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri