Icma.az
close
up
RU
Ukrayna artıq Rusiya üzərində ciddi üstünlüklər qazanmağa başlayıb ŞƏRH

Ukrayna artıq Rusiya üzərində ciddi üstünlüklər qazanmağa başlayıb ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qərb Rusiyanın tamamilə parçalanmasında maraqlı deyil, belə bir ssenari ən çox Çinin maraqlarına xidmət edə bilər

Rusiyanın işğal etdiyi Krımda vəziyyətin getdikcə gərginləşdiyi bildirilir. Yayılan məlumatlara görə, bəzi şəhər və yaşayış məntəqələrində boşalma prosesi sürətlənib, əhali arasında narahatlıq artıb. Ukrayna ordusunun Krımı azad etməyə yönəlmiş əməliyyatları intensivləşdirməsi bölgədə təhlükəsizlik risklərini daha da yüksəldib.

 Eyni zamanda müharibənin gedişində son aylarda müşahidə olunan hərbi və iqtisadi təzyiqlər Rusiya-Ukrayna qarşıdurmasının xarakterini daha da sərtləşdirib. Xüsusilə Rusiyanın enerji, nəqliyyat və hərbi-sənaye infrastrukturuna yönələn hücumlar, cəbhədəki vəziyyət və bunun Kremlin daxili siyasi mövqeyinə mümkün təsirləri beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib. 

Siyasi şərhçi Vüqar Dadaşov Sherg.az-a açıqlamasında son 300 ildə Rusiyanı birbaşa hərbi güclə məğlub etməyin mümkün olmadığını xatırladıb. Onun sözlərinə görə, Rusiya tarix boyu əsasən iştirak etdiyi böyük müharibələrin yaratdığı daxili siyasi, iqtisadi və sosial böhranlar nəticəsində zəifləyib:

“Birinci Dünya müharibəsindən sonra imperiyanın daxildən çökməsi, Soyuq müharibənin sonunda isə SSRİ-nin iqtisadi tənəzzül səbəbindən parçalanması bunun ən bariz nümunələridir.

Hazırda da oxşar proseslər müşahidə olunur və Ukrayna artıq Rusiya üzərində ciddi üstünlüklər əldə etməyə başlayıb. Krım istiqamətində artan hərbi təzyiq Rusiyanın yarımadadakı qüvvələrinin təchizatında ciddi çətinliklər yaradır. Bununla yanaşı, həm cəbhə xəttində, həm də arxa cəbhədə Rusiya ağır itkilərlə üzləşir. Ukraynanın Rusiyanın neft-qaz infrastrukturu və hərbi-sənaye obyektlərinə endirdiyi zərbələr Moskvanın həm iqtisadi, həm də hərbi potensialına təsir göstərməyə hesablanıb”.

V. Dadaşovun fikrincə, ABŞ da Ukrayna istiqamətində strateji məqsədlərinin mühüm hissəsinə nail olub. O bildirib ki, Ukraynanın zəngin təbii sərvətləri və nadir metallarının gələcək istismarı ilə bağlı əldə olunan razılaşmalar Vaşinqtonun mövqelərini daha da gücləndirib.

Siyasi şərhçi hesab edir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın əsas müttəfiqlərindən sayılan Belarusa yönəlik sərt mesajları və Aleksandr Lukaşenkonun çətin vəziyyətdə görünməsi də Rusiyanın zəifləməsinin göstəricilərindəndir. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın G7 sammitində Ukraynaya dəstək məsələsində Avropa liderləri ilə ortaq mövqe nümayiş etdirməsi də Qərbin qlobal strateji planlar üzrə vahid xəttdən çıxış etdiyini göstərir.

Bununla yanaşı, V.Dadaşov vurğulayıb ki, Qərb Rusiyanın tamamilə parçalanmasında maraqlı deyil. O hesab edir ki, belə bir ssenari ən çox Çinin maraqlarına xidmət edə bilər. Məhz buna görə də ABŞ Çinlə bağlı strateji məsələləri həll edənədək Rusiyanın bütövlüyünün qorunmasına üstünlük verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 İyun 2026 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri