Ukrayna cəbhəsində SON DURUM
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sumı vilayətində son günlər Rusiya ordusunun hücumlarının sayı əhəmiyyətli dərəcədə azalıb.
Modern.azın məlumatına görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko bildirib.
Onun sözlərinə görə, xüsusən Xotin və Yunakov icmalarında əvvəllə müqayisədə düşmənin hücum cəhdləri və hərəkətləri xeyli azalıb.
Demçenko qeyd edib ki, Rusiya tərəfi bu istiqamətdə toplanmış qüvvələrinin bir hissəsini geri çəkərək ölkənin cənub bölgələrinə yönləndirir.
Ukrayna mediası yazır ki, Rusiya ordusu Liman istiqamətində hücumlarını artırmağa çalışır. “Tavriya” qoşun qruplaşmasının məlumatına görə, işğalçılar hücum qruplarının sayını artırmaq və döyüşlərin intensivliyini yüksəltmək niyyətindədir.
Ukrayna Silahlı Qüvvələri son sutkada rusların 18 hücumunu dəf edib. Rusiya qüvvələrinin Qrekovka, Novıy Mir, Novomixaylovka, Karpovka, Şandriqolovo, Torskoye və Serebryanka meşəsindəki hücumlarının hamısı boşa çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 05 Sentyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















