Ukrayna cəbhəsində SON DURUM
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
“Rusiya ordusu cəbhədə hücum fəaliyyətini gücləndirməyə çalışır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskinin məruzəsindən sonra deyib.
Zelenskinin sözlərinə görə, “hazırda cəbhədə vəziyyət kifayət qədər gərgindir, Rusiya hücumu gücləndirməyə çalışır: “Amma bu, yalnız onların itkilərinin artmasına səbəb olur və bizim əməliyyat planlarımızı pozmur”.
Prezident vurğulayıb ki, Rusiya qüvvələri Sumı, Xarkov və Donetsk istiqamətlərində qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib, tez-tez vaxt cədvəlində dəyişiklik etməyə məcbur olur.
O əlavə edib ki, Ukrayna bölmələri cənub istiqamətində verilən tapşırıqları yerinə yetirməyə davam edir.
Volodimir Zelenski həmçinin Aleksandr Sırski ilə Rusiyanın dərinliyinə zərbələrlə bağlı tapşırıqları müzakirə etdiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 01 Aprel 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















