Ukrayna dairəsində aparılan təmir işləri nəqliyyatın hərəkətini daha da çətinləşdirib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda Ukrayna dairəsində aparılan təmir işləri ötən gün axaşam saatlarında şiddətli tıxaca səbəb olub. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Xezerxeber.az-ın məlumatına görə, ərazidə tıxac saatlarla davam edib.
Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, belə halların yaşanmaması üçün həm tikinti prosesi növbəli şəkildə icra edilməlidir, həm də sürücülər təmir işləri ilə əlaqədar alternativ yollardan daha çox istifadə etməlidir.
Yasin Mustafayev bildirib ki, bəzən təmir işləri müxtəlif səbəblərdən, nəzərdə tutulan vaxtdan gec başa çatır. Bu da ərazidə bundan sonrakı günlərdə də tıxac yaranması ehtimalını artırır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin bir müddət əvvəl yaydığı məlumata görə, həmin ərazidə yeni turbo tiplu dairə inşa edilir. Bu üsulla dairəyə daxil olan avtomobillərin qəza ehtimalını minumuma endirmək və dairənin buraxılış qabiliyyətini artırmaq nəzərdə tutulub.
Lakin hazırkı tıxacla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən heç bir münasibət bildirmək istəmədilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 29 Noyabr 2024 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















