Ukrayna əlavə Patriot sistemləri almaq üçün tərəfdaşlarla işləyir Zelenski
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna əlavə Patriot sistemləri almaq üçün ABŞ da daxil olmaqla tərəfdaşları ilə işləyir.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Facebook” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, gecə saatlarında Rusiya zərbəsindən sonra bərpa işləri davam edir.
"Zərbə kütləvi idi, çoxlu ballistik raketlər var idi - ən azı 25 ballistik raket, həmçinin aeroballistik və qanadlı raketlər, 450-dən çox müxtəlif tipli pilotsuz təyyarələr var idi. Bu, çox qəfil, əsasən nümayişkaranə zərbə idi", - Zelenski vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, bu gecə ərzində Ukrayna Müdafiə Qüvvələri 400-dən çox pilotsuz uçan aparatı zərərsizləşdirib və bu, pilotsuz sistem bölmələri, ordu aviasiyası və mobil atəş qruplarının mühüm nəticəsidir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 08 Noyabr 2025 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















