Icma.az
close
up
RU
Ukrayna ərazisinə çoxkombinasiyalı hava hücumu edilib, ölənlər və xəsarət alanlar var

Ukrayna ərazisinə çoxkombinasiyalı hava hücumu edilib, ölənlər və xəsarət alanlar var

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kiyev, 1 fevral, AZƏRTAC

Rusiya ordusu Ukrayna ərazisinə çoxkombinasiyalı hava hücumu edib. Yanvarın 31-i axşam və fevralın 1-nə keçən gecədən başlayaraq kamikadze dronları və ballistik, qanadlı raketlərlərlə Ukraynanın əksər əraziləri hücuma məruz qalıb.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, fevralın 1-nə keçən gecə paytaxt Kiyevdə də partlayış səsləri eşidilməyə başlanıb. Ukraynanın hava hücumundan müdafiə sistemi işə düşüb. Kütləvi hava hücumu nəticəsində Xarkov, Poltova, Zaporojyedə, Xersonda mülki və enerji infrastrukturlarına ziyan dəyib, ölən və xəsarət alanlar var. Xarkov şəhər meri İqor Terexov Teleqram səhifəsində məlumat verib ki, hava hücumu nəticəsində 16 yaşayış binasına ziyan dəyib, bir qadın həlak olub, 5 nəfər isə xəsarət alıb.

Poltova vilayət Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı Mirqorod şəhərinin enerji infrastrukturuna ziyan dəyib. Həmçinin Poltova şəhərində yaşayış binasına ziyan dəyib, mülki avtomobillər yanıb.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, Poltovada azı 2 nəfər həlak olub, 7 nəfər xəsarət alıb. Yaşayış binasının birinci və beşinci mərtəbələrində yanğın baş verib. 12 avtomobil yanıb. 21 nəfərin həyatı xilas edilib.

Xerson vilayət Hərbi Administrasiyasının məlumatına görə, hava hücumu nəticəsində bir nəfər həlak olub, 4 nəfər yaralanıb. Hava hücumu zamanı 38 yaşayış məntəqəsi ziyan görüb.

Yerli hakimiyyət orqanlarının və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, fevralın 1-də gecə yarısından sonra Rusiya ordusu Zaporojyeyə 18 pilotsuz təyyarə zərbəsi endirib. Bu, şəhərə edilən ən kütləvi hücumlardan biridir. Müxtəlif ərazilərdə yanğınlar baş verib. İnfrastruktur obyektinə, çoxmərtəbəli binaya və fərdi yaşayış evlərinə ziyan dəyib. Təhsil müəssisəsinin binaları, avtomobillər, qarajlar və fərdi yaşayış evləri yanıb.

Baş verən kütləvi hava hücumundan sonra Ukraynanın bir çox ərazilərində elektrik enerjisinin verilişi kəsilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Fevral 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri