“Ukrayna əsgərləri Kursk sakinlərilə yaxşı rəftar edir” Rusiya Ombudsmanından gözlənilməz açıqlama
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Rusiya Ombudsmanı Tatyana Moskalkova gözlənilmədən Rusiyada son on ilin anti-Ukrayna təbliğatına sığmayan açıqlamalar verib.
“AzPolitika” xəbər verir ki, Rusiya Dövlət Dumasında keçirilən “dəyirmi masa”da o, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki bölmələrinin yerli sakinlərlə yaxşı rəftar etdiyini təsdiqləyib.
Moskalkova Kurskdan Ukraynanın Sumı vilayətinə təxliyə edilən və sonradan Belarus ərazisindən keçərək Rusiya Federasiyasına qaytarılan Kursk vilayətinin sakinləri ilə söhbət etdiyini deyib: "Ukraynalı hərbçilər tərəfindən Sumıya aparılan və Sumıdan Belarus vasitəsilə Rusiyaya qaytarılan Kursk sakinləri müxtəlif hekayələr danışdılar. Ukrayna hərbçilərinin onlara necə yemək gətirdiklərini və əllərində olanları necə bölüşdüklərini dedilər".
Beləliklə, o, rus təbliğatçılarının ukraynalı əsgərlərin Kursk vilayətinin sakinlərinə guya pis münasibət göstərməsi ilə bağlı iddialarını təkzib edib. Əslində bu, Putinin qanunlarına görə, “Rusiya ordusunu gözdən salmaq” kimi də qiymətləndirilə bilər.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 01 Fevral 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















