Icma.az
close
up
RU
Ukrayna “Gripen” alır: müharibənin gedişi dəyişəcək?

Ukrayna “Gripen” alır: müharibənin gedişi dəyişəcək?

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Ukrayna gələn ildən hava qüvvələrini “Gripen” qırıcıları ilə gücləndirəcək. Prezident Volodimir Zelenskinin sözlərinə görə, İsveç istehsalı olan bu təyyarələrin tədarükü Ukrayna Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

“Gripen” qırıcıları sayəsində regiondakı hərbi və siyasi balans dəyişə bilərmi? Bu razılaşma Ukraynanın NATO-ya inteqrasiya prosesinə hansı təsiri göstərəcək?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, “Gripen” qırıcı təyyarələrinin tədarükü ilə bağlı əldə olunan razılaşma Ukrayna üçün mühüm əhəmiyyət daşıyır:

“Bu təyyarələr yüksək döyüş qabiliyyətinə malik müasir aviasiya vasitələri hesab olunur və onların Ukrayna Hərbi Hava Qüvvələrinə verilməsi ölkənin hava müdafiə potensialını əhəmiyyətli dərəcədə artıracaq. Hazırda Kiyev ABŞ-a məxsus F-16 təyyarələri ilə də təchiz olunur və keçmiş sovet istehsalı olan aviasiya vasitələri tədricən müasir texnika ilə əvəz edilir. Bu, Ukraynanın müdafiə qabiliyyətinin yüksəlməsinə, işğal qarşısında müqavimət gücünün artmasına, eyni zamanda Rusiyanın hərbi obyektlərinə zərbə endirmək imkanlarının genişlənməsinə səbəb olacaq. Bununla belə, bu razılaşma hazırkı mərhələdə tərəflər arasında güc balansını köklü şəkildə dəyişməyəcək, çünki ümumi hərbi potensial baxımından üstünlük hələ də Rusiya tərəfində qalır. Lakin bütün hallarda Moskva geniş hərbi imkanlarına baxmayaraq, artıq dörd ildir davam edən müharibədə Ukraynada öz strateji hədəflərinə tam nail ola bilməyib. Bu baxımdan “Gripen” təyyarələrinin tədarükü Ukraynanın müdafiə sistemini möhkəmləndirəcək mühüm addımdır.

Oqtay Qasımov

Bununla paralel şəkildə Ukrayna Qərb ölkələri, xüsusilə Böyük Britaniya ilə birgə hərbi istehsal sahəsində əməkdaşlıq edir. Son razılaşmalardan biri də dronların birgə istehsalı ilə bağlıdır ki, bu da Ukraynanın həm Rusiya ərazilərinə zərbə endirmək, həm də düşmənin pilotsuz aparat hücumlarının qarşısını almaq qabiliyyətini artıracaq”.

Politoloq qeyd edib ki, bu təyyarələrin verilməsi Ukraynanın NATO-ya inteqrasiya prosesinə də müsbət təsir göstərəcək:

“İsveç yalnız 2022-ci ildə NATO-ya üzv qəbul olunsa da, onun müdafiə sənayesi və hərbi sistemi uzun illərdir NATO standartlarına uyğun şəkildə inkişaf etdirilib. Ukrayna da Rusiya ilə müharibənin başlanmasından bəri Qərb silahları ilə təchiz olunaraq NATO standartları əsasında formalaşan orduya çevrilib. Hüquqi baxımdan NATO üzvü olmasa da, Ukrayna artıq faktiki olaraq bu standartlarda fəaliyyət göstərən orduya malikdir. “Gripen” təyyarələrinin alınması da Ukraynanın gələcəkdə NATO-ya daha sıx inteqrasiyasına töhfə verəcək. Doğrudur, Ukraynanın NATO-ya üzvlüyü məsələsi hələ də müzakirə mövzusudur. Lakin rəsmi üzvlük olmasa belə, Ukrayna yaxın perspektivdə NATO-nun “yaxın tərəfdaşı” statusunu qazana bilər. Necə ki, Cənubi Koreya, Yaponiya və Avstraliya NATO üzvü olmasalar da, alyansın etibarlı tərəfdaşları hesab olunurlar. Ukraynanın “Gripen” təyyarələrini əldə etməsi də məhz bu istiqamətdə atılmış mühüm addımlardan biridir”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri