Ukrayna Həştərxana zərbə endirib
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Həştərxan vilayətindəki "Olya" dəniz limanına zərbə endirib.
Bakıvaxtı.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Düşmənin havadan zərbələr endirmək imkanlarının azalması çərçivəsində avqustun 14-də Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər tərkib hissələri ilə birlikdə Rusiyanın Həştərxan vilayətinin "Olya" dəniz limanına atəş zərbəsi endirib", - məlumatda qeyd olunub.
Bildirilib ki, bu obyekt İrandan hərbi təyinatlı malların çatdırılması üçün mühüm logistika məntəqəsi kimi istifadə olunur. Məlumata görə, İrandan alınan “Shahed” tipli PUA-ların hissələri və döyüş sursatlarının yükləndiyi "Port Olya 4" gəmisi zədələnib.
Baxış sayı:124
Bu xəbər 15 Avqust 2025 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















