Ukrayna ilə Rusiya arasında mümkün ATƏŞKƏS: “Əgər Putin buna razılaşmasa…”
Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Nəzərə almaq lazımdır ki, heç bir halda atəşkəs münaqişənin əsas həll yolu deyil”.
Bunu Ukrayna məsələsində Rusiya və ABŞ-nin necə razılığa gələcəyindən danışan politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Kiyev hazırda Kremli çətin proseslərlə qarşı-qarşıya qoyub:
“Belə ki, Ukrayna Ciddə danışıqlarında 30 günlük müvəqqəti atəşkəsə razı oldu. Nəticə etibarilə topun Rusiya meydançasında olduğunu deyə bilərik. Bu isə müəyyən mənada Kremli çətin vəziyyətə salıb. Çünki əgər Rusiya Prezidenti Vladimir Putin bu razılaşmaya gəlməzsə, ABŞ Prezidenti Donald Trampı təəssüfləndirəcək. Çünki o, son dönəmlər Rusiya-Ukrayna müharibəsinin həll olunması məsələsində daha çox Putini tərifləyirdi. Bu təriflər isə qarşılıqlı idi.
Bir sözlə, Tramp Putinin Ukraynanın NATO-ya qoşulmaması və Krım da daxil olmaqla, şərq bölgələrin öz nəzarətində qalması tələblərinə razılıq verib. Əgər Putin atəşkəs məsələsində razı olmazsa, ABŞ-li həmkarı çətin duruma düşəcək. Nəticədə isə Vaşinqtonun Kiyevi dəstəkləməkdən başqa seçimi olmayacaq.
Əlavə olaraq, nəzərə almaq lazımdır ki, heç bir halda atəşkəs münaqişənin əsas həll yolu deyil. Çünki atəşkəsin pozulması ehtimalı yüksəkdir. Kiyevə isə heç kəs təhlükəsizlik təminatı vermək istəmir”.
Nəsimi Ələsgərli
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 12 Mart 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















