Icma.az
close
up
RU
Ukrayna itirdiyi əraziləri bərpa edə bilmir, artıq NATO Ukraynanı bufer zona kimi görməyə başlayıb

Ukrayna itirdiyi əraziləri bərpa edə bilmir, artıq NATO Ukraynanı bufer zona kimi görməyə başlayıb

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Danimarka kəşfiyyatının proqnozlarına görə, Rusiya ilə Avropa arasında münaqişənin inkişafı indi mümkün deyil. Lakin NATO hərbi potensialını artırmasa, beş ildən sonra böyük müharibə mümkündür. Qeyd edilir ki, Rusiya hazırda Ukraynadakı münaqişəyə görə bir neçə NATO ölkəsi ilə müharibə aparmağa hazır deyil, lakin bu münaqişə sona çatarsa, Şimali Atlantika Alyansı üçün potensial təhlükə yarada bilər.

“Rusiya təxminən altı aydan sonra Rusiya ilə həmsərhəd ölkədə lokal müharibə apara biləcək; təxminən iki ildən sonra - Baltik regionunda bəzi və ya bir neçə NATO ölkəsi üçün real təhlükə yaradacaq. Təxminən beş ildən sonra o, Avropa qitəsində ABŞ-ın müdaxilə etməyəcəyi genişmiqyaslı müharibəyə hazır ola bilər”-deyə sənəddə qeyd edilir. Kəşfiyyat agentliyi həmçinin hesab edir ki, Moskva Qrenlandiya və ya Farer adalarına hücum etmək niyyətində deyil, çünki o, onlara “Şimali Amerika kontekstində” baxır və “ABŞ ilə münaqişənin Avropa ölkəsi ilə müqayisədə daha ciddi nəticələrə səbəb olacağını başa düşür”. Ötən ilin sonlarında NATO-nun baş katibi Mark Rutte demişdi ki, alyans müdafiə xərclərini artırmalı və silah istehsalını genişləndirməlidir, çünki NATO hazırda gələcəkdə özünü qorumaq üçün kifayət qədər hərbi texnika istehsal etmir. Onun sözlərinə görə, bu, dörd-beş ildən sonra bloka problemlər yarada bilər. Rutte həmçinin bildirib ki, NATO-nun indi Rusiyanın mümkün hücumundan “qorxmağa ehtiyacı yoxdur”, lakin “uzunmüddətli perspektivdə” narahatlıq üçün əsaslar var.

Politoloq Kazım Kazımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Rusiyanın NATO torpaqlarına hücum ehtimalını ölçmək çətindir.

Kazım Kazımov

“Düzdür, Qərb mətbuatında, xüsusilə Avropa mətbuatında bunu qabartmağa çalışanlar var. Avropada bir təşviş, bir panika havası yaratmağa cəhd edənlər var. Bu da Qərb mətbuatının köhnə taktikasıdır. Soyuq müharibə dövründə də, tez-tez “Sovet İttifaqı Avropaya, NATO-ya hücum edəcək” deyilirdi. Bu gün Sovet İttifaqı sözü Rusiya ilə əvəzlənib”-deyə politoloq qeyd edib.

Kazım Kazımov bildirib ki, Ukraynada müharibə davam edir və bu müharibə NATO birliyini ciddi şəkildə sarsıtdı.

Politoloq fikrincə, ilk növbədə 3 il müddətində heç bir tərəfin ciddi qələbəsi olmadı: “Ukrayna itirdiyi əraziləri bərpa edə bilmir. Digər tərəfdən şərqi Avropa, ümumiyyətlə NATO Ukraynanı bufer zona kimi görməyə başlayıb. Bu da təbii ki, Ukrayna xalqının daha ağır vəziyyətdə olmasına gətirib çıxarır”.

Bəs bundan sonra NATO Rusiya ilə münasibətlərini necə davam etdirəcək?

Kazım Kazımov hesab edir ki, “Rusiya NATO-ya hücum edəcək” demək  üçün çox tezdir.

“Avropada Latviyanın, Polşanın narahatlıqları var. Amma bu gün nəticə etibarilə, ABŞ hər nə qədər NATO içərisində Avropa ölkələri ilə ayrışsa da, NATO hələ yaşayır. Ola bilər ki, gələcəkdə ABŞ NATO-dan çıxa bilər. ABŞ NATO-dan çıxarsa, Avropa müdafiə xartiyası kimi bir ittifaq qurula bilər”-deyən politoloqun fikrincə, bu ittifaqın nə qədər sağlam olacağı şübhə doğurur.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Mart 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri