Ukrayna Rusiyanın işğal etdiyi əraziləri de fakto tanımalıdır NATO
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Rusiyanın nəzarətində olan əraziləri de-fakto tanımalı, lakin bunu hüquqi baxımdan təsdiqləməməlidir.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte “ABC Nyus” telekanalına müsahibəsində bildirib.
"Aydındır ki, bu iki mühüm məsələ müzakirə olunmalıdır. Onlardan biri ərazilərlə bağlıdır. Biz qəbul etməliyik ki, hazırda Rusiya Ukrayna ərazisinin bir hissəsinə nəzarət edir", - alyansın baş katibi qeyd edib.
Onun sözlərinə görə, ərazi məsələsinin həlli hüquqi baxımdan siyasi tanınmanı deyil, ərazilərə nəzarətin faktiki tanınmasını nəzərdə tutmalıdır. Rutte qeyd edib ki, ikinci məsələ atəşkəsdən sonrakı addımlarla bağlıdır. Bu, həmçinin Ukraynanın ala biləcəyi təhlükəsizlik zəmanətlərinə də aiddir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 10 Avqust 2025 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















