Icma.az
close
up
RU
Ukrayna kəşfiyyatı bu hərbi hissədə partlayışlar törədib? “Xüsusi qəddarlıq göstəriblər...”

Ukrayna kəşfiyyatı bu hərbi hissədə partlayışlar törədib? “Xüsusi qəddarlıq göstəriblər...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ukrayna KİV-ləri Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə (GUR) istinadən bildirir ki, çərşənbə axşamı GUR Rusiyanın Vladivostok şəhərində, Ukrayna müharibəsində iştirak edən və hərbi cinayətlərdə ittiham olunan rus bölmələrinin yerləşdiyi ərazilərdə partlayışlar törədib.

Mənbənin sözlərinə görə, əməliyyat Primorsk diyarının Vladivostok yaxınlığında, Şitovaya qəsəbəsi ərazisində həyata keçirilib. Həmin bölgədə, xüsusilə 155-ci qvardiya dəniz piyadaları briqadasının 47-ci desant-təxribat batalyonu yerləşir. GUR-un iddiasına görə, bu batalyon Kiyev və Donbas bölgələrində döyüşlər zamanı yerli əhaliyə qarşı xüsusi qəddarlıq göstərib və ukraynalı əsirləri edam edib.

GUR- dakı mənbə bildirib ki, çərşənbə axşamı səhər saatlarında hərbi hissənin dayanacaq ərazisində iki partlayış baş verib. Yaralı və ölənlərin olduğu bildirilir, lakin dəqiq sayı açıqlanmır.

Rusiyadakı “Vladivostok Online” nəşri yazır ki, Şitovaya körfəzində Dövlət Yol Polisi, FSB və hərbi qüvvələr “demək olar ki, hər avtomobili sənədlərin yoxlanılması üçün saxlayırlar”. 

Eyni zamanda, “Telegram” kanallarında həmin ərazidə “güclü partlayışlar” barədə təsdiqlənməmiş məlumatlar yayılıb, sosial şəbəkələrdə isə güc strukturlarının əməkdaşlarının videoları paylaşılıb.

Daha sonra yerli KİV-lər şəhər hakimiyyətinə istinadla xəbər veriblər ki, Şitovaya bölgəsində qaz avadanlıqlarının istifadəsi ilə bağlı bir sıra partlayışlar baş verib. Rəsmi məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb, yalnız nəqliyyat vasitələrinə kiçik ziyan dəyib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Sentyabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see185

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see180

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see145

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see142

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see132

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see131

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see130

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see128

Acı bibər infarkt riskini azaldırmış

30 Oktyabr 2025 05:12see127

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see127

Slovakiya piyadalar üçün sürət həddi tətbiq edəcək...

30 Oktyabr 2025 21:46see126

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see126

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see126

ABŞ ın kommersiya neft ehtiyatları 416 mln. bareldən aşağı enib

30 Oktyabr 2025 09:04see126

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see125

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see123

“Qarabağ”ın ispaniyalı transferi ilk oyununa çıxa bilər

30 Oktyabr 2025 20:07see122

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see119

“Mançester Siti” ilin sonunadək Rodriylə müqaviləni uzatmağı düşünür

31 Oktyabr 2025 03:12see118

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri