Icma.az
close
up
RU
Ukrayna xüsusi təyinatlılarının missiyası nədir?

Ukrayna xüsusi təyinatlılarının missiyası nədir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Ukrayna xüsusi təyinatlılarının əsgərlərindən ibarət batalyon Şimali Koreya qoşunlarını və əsgərlərini diri-diri ələ keçirmək üçün təyinat alıb və onlara yeganə vəzifə kimi döyüş meydanını araşdırmaq tapşırılıb.

“Cebheinfo.az” xəbər verir ki, ukraynalı zabitlər Amerikanın “Wall Street Journal” qəzetinə Şimali Koreya əsgərlərinin tapılması anını təsvir ediblər.

Ukrayna xüsusi təyinatlılarının əsgərlərindən ibarət batalyon Rusiyanın Kursk vilayətində meşədə tək yatan yaralı Şimali Koreya əsgərini tapıb. Ukraynalıları görən gənc əsgər qumbara yelləyib.

Ukrayna bölməsinin komandiri onu sakitləşdirmək üçün öyrəndiyi bir neçə koreyalı ifadə işlədib və “qardaş, hər şey yaxşıdır” deyib. 
Batalyon komandiri "Biz onunla uşaq kimi rəftar edirdik. Özünə zərər verməsini istəmədik" deyib.

Ukraynalılar və onların əsirləri meşədə irəlilədikcə rus haubitsaları hücuma keçib və güllələr atmağa başlayıblar.
Ukraynalı zabit “Ruslar həm koreyalılardan, həm də bizdən xilas olmaq üçün o an əllərində olan bütün resurslardan istifadə etdilər” deyə bildirib.

O vaxta qədər evlərindən minlərlə kilometr uzaqda Rusiya uğrunda döyüşən çoxlu sayda Şimali Koreya əsgəri öldürülüb və ya yaralanıb, lakin heç biri əsir götürülməyib.

Onların bəziləri yaralandıqdan sonra əsir düşməmək üçün öz yoldaşları tərəfindən öldürülüb.

Digərləri liderləri Kim Çen Inın adını qışqıraraq təslim olmaqdansa, özlərini öldürməyə üstünlük veriblər. 

Ukrayna lideri Volodimir Zelenski Rusiya əsirliyində olan ukraynalılarla mübadilə müqabilində onları Kim Çen Ina təhvil verməyə hazır olduğunu bildirib, lakin hələlik onlar Ukraynanın nəzarətindədirlər.

Qeyd edək ki, Şimali Koreya qoşunları ilk dəfə dekabrın ortalarında döyüş meydanına çıxıb.

Bu qoşunlar avqust ayından qismən Ukraynanın işğalı altında olan Rusiyanın Kursk vilayətinə yerləşdirilib.

Ukrayna rəsmiləri regionda ən azı 12 min Şimali Koreya əsgərinin yerləşdirildiyini təxmin edir.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Yanvar 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri