Ukrayna klublarının “Qarabağ”ın futbolçusunu transfer etməyə gücü çatmır
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukraynanın “Polesye” (Jitomir) və “Xarkov” futbol klubları “Qarabağ” komandasının yarımmüdafiəçisi Aleksey Kaşukla maraqlanırlar.
İdman.Biz xəbər verir ki, Ukrayna Premyer Liqasının təmsilçiləri 26 yaşlı futbolçunu vətəninə qaytarmaq niyyətindədirlər.
Lakin Kaşukun “Qarabağ”dakı maliyyə şərtlərindən razı olduğu bildirilir. Ukrayna klublarının futbolçuya Ağdam təmsilçisində qazandığı məbləğə uyğun maaş təklif etməkdə çətinlik çəkdikləri qeyd olunur.
Cari mövsümdə “Qarabağ”ın heyətində 11 oyun keçirən yarımmüdafiəçi dörd qol vurub.
Qeyd edək ki, Kaşuk Ukrayna millisinin heyətində Şimali İrlandiyaya qarşı oyunda debüt edib. Daha sonra futbolçu Gürcüstan millisi ilə qarşılaşmada da meydana çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 25 Noyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















