Icma.az
close
up
RU
Ukrayna kütləvi zərbələrə məruz qalıb VİDEO

Ukrayna kütləvi zərbələrə məruz qalıb VİDEO

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az Ukraynanın “BBC” xidmətinə isytinadən xəbər verir ki, bu gecə paytaxt Kiyevdə hava hücumundan müdafiə (HHM) qüvvələri Rusiyanın zərbələrini dəf ediblər.
Səhər saat 4-dən sonra Rusiya PUA-ları Ukraynanın qərbinə çatıb və Zakarpatyedə Mukaçyovoya, Lvov və Lutska Mukaçevoya zərbələr endiriblər.
Məlumatda bildirilir ki, səhər saatlarında Lvov və Lutsk qanadlı raketlərlə də hücuma məruz qalıb. Gecə saatlarında Rusiya “Kinjal” raketləri ilə Rovno bölgəsinə ən azı dörd aeroballistik zərbə endirib, monitorinq kanalları Dubno şəhərinə də hücum olunduğunu qeydə alıblar.
Səhər saat dörddən sonra isə dənizdən buraxılan “Kalibr” qanadlı raketləri və Tu-95MS taktiki bombardmançı təyyarədən atılan “X-1” qanadlı raketləri Ukrayna ərazisini vurub. Ukrayna Hərbi Hava qüvvələrinin məlumatına görə, ölkənin cənubundan gələn qanadlı raketlərin ilk qrupları Odessa və Vinnitsa vilayətlərindən keçərək qərb bölgələri, xüsusən İvano-Frankovsk və Ternopol vilayətlərinə uçub.
“Hücum nəticəsində gecə saatlarında şəhərin müəssisələrindən birinin ərazisinə ciddi zərbə endirilib. Hadisə yerində xilasetmə xidmətləri işləyir”, - Mukaçyovo Şəhər Şurası bildirib.
Daha sonra yerli hakimiyyət orqanları Rusiyanın Mukaçyovoya hücumu nəticəsində 12 nəfərin yaralandığını bildirib. Rusiyanın zərbəsi anbarları da dağıdıb və yanğına səbəb olub.
“BBC” qeyd edir ki, “kütləvi hücumlar zamanı Zakarpatyeyə zərbələr çox nadir haldır”.
Bundan başqa, Rusiya gecə saatlarında Zaporojyeyə iki dəfə zərbə endirib, nəticədə sənaye infrastrukturu obyektləri və yaşayış binaları zədələnib. Zaporojye Vilyaət Hərbi administrasiyasının rəhbəri İvan Fyodorov hazırda itkilər barədə məlumatın olmadığını deyib.
Rusiya mətbuatının yazdığına görə, Dnepropetrovsk yaxınlığındakı Pavloqradda qazpaylayıcı stansiyası vurulub. Sumıda da gecə saatlarında partlayış baş verib. Ukrayna Teleqram-kanallarının məlumatına əsasən, bu hücumda rusların Krım ərazisindən “Sirkon” raketləri atdığı ehtimal olunur.
Rusiya Ukrayna ərazisinə kütləvi zərbələr endirib | VİDEO Lvov şəhərinin meri Andriy Sadovoy rusların “Şahed”lər və raketlərlə kombinasiyalı hücum həyata keçirdiklərini açqıalyıb. İlkin məlumata görə, itkilər var. Partlayış dalğası onlarla evə ziyan vurub. Başqa yerlərdə də yanğınlarla bağlı məlumatlar var.
Ukraynalı hərbçilər bir neçə ərazidə Rusiya PUA-larının Dnepropetrovsk və Odessa bölgəsindən şimala doğru hərəkətini qeydə alıblar. Kirovoqrad vilayətindən bir qrup “Şahed”in Vinnitsa bölgəsinə doğru uçduğu aşkarlanıb. Burada dronların Ukraynanın qərbinə uçduğu bəlli olub.
Xarkov vilayətində PUA-lar Poltava və Kirovoqrad vilayətlərinə doğru hərəkət ediblər. Poltava vilayətində bir qrup “Şahed”in qərbə, Sumı vilayətində isə hücumçu pilotsuz təyyarələrin Poltava və Çerniqov vilayətlərinə doğru hərəkət etdiyi bildirilib. Çerniqov vilayəti səmasında isə bir qrup PUA Kiyev vilayətinə tərəf uçub.
Xatırladaq ki, son vaxtlar Rusiyanın Ukrayna ərazilərinə endirdiyi hava zərbələri xeyli intensivləşib. Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının Ukrayna bölgələrinə gecə hücumlarına münasibət bildirərək, Qərbi Moskvaya qarşı sanksiyaları gücləndirməklə onlara cavab verməyə çağırıb.

Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Avqust 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri