Icma.az
close
up
RU
Ukrayna məsələsi Çində ixtilaf yaradıb

Ukrayna məsələsi Çində ixtilaf yaradıb

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Amerikanın “Foreign Affairs” jurnalının yazdığına görə, bu, müəyyən mənada Çinin Ukrayna münaqişəsinə “dualist” yanaşması ilə bağlıdır.
Jurnalın iddiasına görə, müharibə başlayandan üç ildən çox vaxt keçməsinə baxmayaraq, xarici siyasət və güc strukturlarının məmurları, tədqiqatçılar və ekspertlər də daxil olmaqla, Çinin strateji camiəsinin üzvləri hələ də kimin günahkar olması və Pekin liderlərinin buna nexə reaksiya verməsi məsələsində razılığa gələ bilmirlər. Çin sosial şəbəkələrində rusiyapərəst və ukraynapərəst tərəfdarlar arasında qızğın mübahisələr gedir.
“Çinin Ukraynadakı müharibə ilə bağlı birmənalı olmayan mövqeyi Pekindəki daxili parçalanmanı əks etdirir. Söhbət təkcə müxtəlif mövqe düşərgələri arasında fikir ayrılığından getmir; əksər siyasətçilər hər iki nöqteyi-nəzəri qəbul edir və bunlardan birini digərinin hesabına tam dəstəkləmək istəmirlər”, - nəşr yazır.
“Foreign Affairs” bildirir kii, Çin 2022-ci ilin fevralında münaqişə başlayana qədər həm Rusiya, həm də Ukrayna ilə dostluq münasibətlərini saxlayıb. Müharibə gedən müddətdə isə hər iki ölkə ilə ticarəti davam etdirib.
-Bir çox qərbli müşahidəçilər Çinin Rusiya ilə əlaqələrinə xüsusi diqqət yetirir, lakin Çin Ukraynanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Çin və Ukrayna arasında ikitərəfli ticarət 2024-cü ildə təxminən 8 milyard dollara çatıb”, - jurnal diqqətə çatdırır.
Eyni zamanda, Rusiya Çinin ümumi xarici siyasət strategiyasında hələ də daha mühüm yer tutur: iki ölkə arasında illik ticarət dövriyyəsi təxminən 250 milyard dollar təşkil edir.
Üstəlik, Qərb liderləri tez-tez Çin və Rusiyanı “avtokratiya mehvəri” nin bir hissəsi kimi birləşdirirlər ki, bu da Pekinin Qərb haqqında təsəvvürünü daha da sarsıdıb.
Məqalədə qeyd edilir ki, Qərb siyasətçiləri və ekspertləri Çin və Rusiya arasında “sərhədsiz tərəfdaşlığı” vurğulasalar da, bu ifadə onların münasibətlərinin mahiyyətini şişirdir. Bu ifadə əslində Pekinin Moskvanı necə qəbul etdiyini göstərməkdən daha çox ritorik fənddir.
“Çin nə gözləmədiyi, nə də xoş qarşılamadığı bir müharibədə neytral, hətta passiv qalmağa çalışdı. Amma bu yanaşma gərginliyi azaltmadı. Əksinə, Çinin istəyinin əksinə olaraq, müharibə böyük dövlətlər – Çin, Rusiya, ABŞ və Avropa arasında ziddiyyətləri daha da kəskinləşdirdi. Bu nəticədən heç kim, xüsusən də Ukrayna, qazanmadı”, - jurnalda dərc olunan məqalədə vurğulanır.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 İyul 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see376

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see288

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see278

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see266

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see266

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see263

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see255

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see243

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see241

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see236

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see228

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see227

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see226

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see219

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see214

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see205

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri