Icma.az
close
up
RU
Ukrayna məsələsi: Moskva, Vaşinqton və Brüssel arasında geosiyasi “kart”

Ukrayna məsələsi: Moskva, Vaşinqton və Brüssel arasında geosiyasi “kart”

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Ukrayna ilə Rusiya arasında davam edən münaqişənin diplomatik həllinə dair yeni təşəbbüslər gündəmdədir. Bu çərçivədə mümkün üçtərəfli sammitin keçirilməsi barədə müzakirələr aparılır.

Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Prezident Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında əvvəlcə ikitərəfli görüşün təşkili nəzərdə tutulur. Daha sonra isə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə geniş formatlı sammitin keçirilməsi planlaşdırılır.

Yermakın sözlərinə görə, görüş üçün bir neçə beynəlxalq məkan variantı nəzərdən keçirilir. Onun qeyd etdiyi yerlər arasında Vatikan, Cenevrə, İstanbul və Səudiyyə Ərəbistanı xüsusi olaraq vurğulanıb. O həmçinin bildirib ki, son günlər gündəmdə olan Budapeşt variantı üstünlük verilən seçim deyil. Rəsmi Kiyev bu yanaşmanı 1994-cü ildə qəbul olunmuş, lakin icra edilməmiş Budapeşt Memorandumunun mənfi assosiasiyaları ilə əlaqələndirir.

Seçiləcək görüş yeri sadəcə "diplomatik simvolika" olacaq, yoxsa tərəflərin kompromisə hazırlığını real şəkildə göstərəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi  Əli Zülfüqaroğlu bildirib ki, üçtərəfli görüşün baş tutması üçün Ukrayna və Rusiya arasında bir sıra məsələlərdə razılıq əldə olunmalıdır. Bu məsələlərin əsasını isə ərazi güzəştləri təşkil edir. Böyük ehtimalla Ukrayna artıq bu istiqamətdə müəyyən razılığa gəlib. Parlamentdə qəbul edilən qanun da Kiyevin ərazi güzəştlərinə hazır olduğunu göstərir. Lakin hələ də açıq qalan məsələ təhlükəsizlik təminatları ilə bağlıdır:

"Ukraynanın təhlükəsizliyini təmin edə biləcək yeganə yol NATO-ya üzvlükdür. Ancaq bu, hazırkı şəraitdə qeyri-mümkün görünür. Çünki başda Birləşmiş Ştatlar olmaqla, həm NATO üzvü olan Avropa İttifaqı ölkələri, həm də Britaniya Ukraynanın alyansa qəbuluna hazır deyil".

Əli Zülfüqaroğlu: Ukrayna məsələsi təkcə Moskva ilə Kiyev arasında qarşıdurmanın predmeti deyil

Onun sözlərinə görə, digər tərəfdən, Avropa İttifaqı çalışır ki, təhlükəsizlik təminatında əsas rolu ABŞ oynasın. Təkliflərdən biri ondan ibarətdir ki, atəşkəs əldə olunduqdan sonra tərəflərin mövqelərində ABŞ ordusu yerləşdirilsin. Lakin ABŞ-ın vitse-prezidenti Vens bu ideyanı birmənalı şəkildə rədd edərək bildirdi ki, əgər təhlükəsizlik təminatı ilə bağlı razılaşma əldə olunarsa, bu yük Avropa İttifaqı və Britaniyanın üzərinə düşməlidir. Bu yanaşma, əslində, məsuliyyətin tam şəkildə Avropanın üzərinə ötürülməsi deməkdir:

"Burada diqqət çəkən məqam odur ki, Ukrayna məsələsi təkcə Moskva ilə Kiyev arasında qarşıdurmanın predmeti deyil. Eyni zamanda ABŞ və Avropa İttifaqı arasında münasibətlərin perspektivi baxımından da bir “kart” kimi istifadə olunur. Avropa İttifaqı yeni dünya düzənində müstəqil güc mərkəzi kimi çıxış etməyə çalışsa da, Vaşinqton Avropanın bir bazar olaraq öz nəzarəti altında qalmasında maraqlıdır. Buna görə də ABŞ heç vaxt Avropa İttifaqının müstəqil region kimi önə çıxmasına imkan verməyəcək".

Müsahibimiz onu da qeyd edib ki, ABŞ-nin təhlükəsizlik təminatı ilə bağlı açıqlaması həm də Rusiyanın Avropa İttifaqına təzyiqlərini artırmaq üçün imkan yaradıb. Rusiya isə açıq şəkildə bəyan edir ki, heç bir NATO ölkəsinin, hətta sülhməramlı statusunda belə, Ukraynada mövcudluğunu qəbul etməyəcək. Bu isə, dolayısı ilə, Avropa İttifaqına təzyiqdir və eyni zamanda ABŞ-ın Avropa üzərində təsirini gücləndirən addım kimi görünür:

"Bütün bunlar göstərir ki, üçtərəfli görüşün keçirilməsi üçün yalnız Ukrayna-Rusiya münasibətləri deyil, həm də ABŞ-Avropa İttifaqı arasındakı strateji ziddiyyətlər öncədən müəyyən dərəcədə həllini tapmalıdır. Ağ Evdə çəkilmiş məşhur foto bu münasibətlərin mahiyyətini əks etdirən simvolik nümunədir. Üçtərəfli görüşün reallaşması yalnız ərazi güzəştləri deyil, həm də təhlükəsizlik təminatları ilə bağlı qeyri-müəyyənliklərin aradan qaldırılmasından asılıdır".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Avqust 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri