Icma.az
close
up
RU
“Ukrayna müharibəsi: üç ssenari və diplomatik dinamika“ “Fox News“

“Ukrayna müharibəsi: üç ssenari və diplomatik dinamika“ “Fox News“

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Dördüncü il strateji imkanlar və diplomatik çağırışlar yaradır..."

Dörd il əvvəl başlayan rus işğalı Ukrayna üçün uzunmüddətli və itkilərin çox olduğu, ərazilərin isə azaldığı münaqişəyə çevrilib. 

Moderator.az xəbər verir ki, bu barədə "Fox News" nəşri yazıb.

Nəşr müharibənin gələcək gedişatını üç ssenari çərçivəsində təqdim edib.

1-ci ssenari - uzunmüddətli dalan

Mövcud durumun davam etməsi ehtimal olunur: tərəflər qəti zərbə vura bilmir, danışıqlar isə az irəliləyiş verir. ABŞ Hərbi Hava Qüvvələrinin generalı Filip Bridlav bildirib ki, Rusiya əraziləri nəzarətdə saxlayır, amma qələbə qazanmayıb. Ukrayna isə müharibədə möhkəm müqavimət göstərir.

2-ci ssenari - Ukraynanın taktiki üstünlüyü diplomatiyaya təsir edir

Son günlər Ukrayna ərazilərin bir hissəsini geri qaytarıb. "Vandenberg Coalition"-un direktoru Kerri Filipetti qeyd edib ki, bu, Ukraynanın diplomatik mövqeyini gücləndirir. Bridlav əlavə edib ki, ABŞ-ın dəstəyi ilə bu dinamika Moskvanın hesablamalarını dəyişdirə bilər.

3-cü ssenari - eskalasiya və ya Qərbin yorğunluğu

Qeyri-sabit dəstək münaqişəni uzada və ya Rusiyanın lehinə çevirə bilər. Keçmiş diplomat Hizer Nauert müharibəni yalnız ərazi məsələsi kimi qiymətləndirməyib, həm də identiklik və gələcək üçün vacib sayır. General-leytenant Riçard Nyuton isə Ukraynanın güclü dəstəyinin Moskvanı çəkindirməli olduğunu vurğulayıb.

Cəbhədə vəziyyət və diplomatiya

Rusiya Donetsk vilayətinə aprelin əvvəlinə qədər nəzarət etməyi, ilin sonuna qədər isə Zaporoje, Xerson, Nikolaev və Odessaya irəliləməyi planlayır. Lakin Ukrayna bu planların yaxın altı ayda reallaşmasını qeyri-mümkün sayır. 

Zelenski ABŞ və Şimali Avropa ilə sammitdən sonra sürətli müharibə sona çatmasını dəstəklədiklərini bildirib, lakin ərazilərin təhvil verilməsi mümkün deyil. Tramp isə müharibəni 2026-cı ilin 4 iyul tarixinədək bitirmək istədiyini və bunun üçün ciddi çalışdıqlarını vurğulayıb.

Beləliklə, Ukraynadakı müharibənin gedişatı yalnız döyüşlər deyil, diplomatik manevrlər, Qərbin dəstəyi və Ukraynanın taktiki uğurları ilə müəyyən olunacaq. Hər üç ssenari - dalan, diplomatik üstünlük və eskalasiya hələ də mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Fevral 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri