Ukrayna müharibəsindən milyardlar qazanan iş adamı Avropanın ən iri silah istehsalçılarından biridir
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Çexiyanın "Czechoslovak Group" (CSG) şirkətinin sahibi Mixal Strnad müdafiə sənayesi sahəsində dünyanın ən varlı iş adamı olub.
“AzPolitika” xəbər verir ki, "Bloomberg Milyarders Index"ə görə, onun sərvəti 17 milyard dollara çatıb.
Bu gün CSG səhmləri ilk dəfə Amsterdamda birjada satılıb. Bu səhər şirkətin səhmləri 31,50 avrodan ticarət edilib və şirkətin dəyəri 31 milyard avrodan çox olub. Ticarət sessiyası zamanı “Czechoslovak Group” səhmləri 32%-ə qədər artıb.
“Czechoslovak Group”, AB-nin ən böyük silah istehsalçılarından biridir. Konsern Ukraynaya silah tədarük edir. Sursatdan əlavə, şirkət Tatra hərbi və mülki yük maşınları, zirehli maşınlar və özüyeriyən haubitsalar istehsal edir. Şirkətdə təxminən 14.000 nəfər çalışır. Strnad “Czechoslovak Group”-u atasından miras alıb. O, 21 yaşında şirkətin baş direktoru, beş il sonra isə sahibi olub.
33 yaşlı Strnad, 40 yaşdan kiçik dünyanın ən varlı üçüncü adamıdır. İlin əvvəlindən bəri onun sərvəti 2,7 milyard dollar artıb. “Walmart Inc.” ailəsindən olan Lukas Uolton 49 milyard dollarla siyahıya başçılıq edir, “Red Bull” şirkətinin qurucusunun oğlu Mark Mateschitz isə 38,4 milyard dollarla ikinci yerdədir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 23 Yanvar 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















