Icma.az
close
up
RU
Ukrayna NATO ya üzvlükdən buna görə imtina etdi Gizli planın DETALLARI

Ukrayna NATO ya üzvlükdən buna görə imtina etdi Gizli planın DETALLARI

Icma.az, Bizim media saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyü məsələsində kompromisə getməyə hazır olduğunu bildirib.
“ABŞ ilə ikitərəfli razılaşma, eləcə də Rusiyanın yenidən hücum etməməsi üçün Avropa İttifaqı və digər ölkələrdən zəmanət təmin ediləcəyi təqdirdə, Şimali Atlantika Alyansına daxil olmaqdan imtina edə bilərik”, - deyə V.Zelenski qeyd edib.
Bəs NATO-dan imtina Ukrayna üçün hansı çətinliklər yarada bilər? Qərbin rəsmi Kiyevə zəmanəti onu gələcək təhlükələrdən qoruyacaqmı?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən amerikalı təhlükəsizlik eksperti İrina Tsukerman bildirib ki, Zelenskinin Berlində Ukraynanın ciddi Qərb təhlükəsizlik zəmanətləri qarşılığında NATO üzvlüyündən imtina edə biləcəyini deməsi strateji təslimiyyətdən daha çox taktiki gedişdir:
“Ukrayna onilliklərdir NATO-ya üzvlük yolunu izləyir, lakin müharibə bu məsələdə artıq mövcud olan siyasi məhdudiyyəti aydın şəkildə ortaya qoyub: NATO-nun bir neçə üzvü Rusiya ilə aktiv münaqişə vəziyyətində olan bir ölkəyə 5-ci maddənin təminatlarını şamil etmək istəməyib. Berlin danışıqları ətrafındakı digər xəbərlər göstərir ki, analitiklər yaxın perspektivdə Ukraynanın NATO-ya üzvlüyünü real hesab etmirlər. Bu da Zelenskinin təklifini daha çox artıq bloklanmış bir yolu real təhlükəsizlik təminatları üçün rıçaqa çevirmək cəhdi kimi göstərir”.
Təhlükəsizlik zəmanətləri ilə bağlı iki plan
Zelenskinin düşündüyü əsas məqam qeyri-müəyyən diplomatik təminatlar deyil, formal üzvlük olmadan NATO-nun çəkindirmə funksiyasını təkrarlayan “5-ci maddəyə bənzər” zəmanətlərdir.
Berlin müzakirələri ilə bağlı məlumatlar onun NATO-dan yalnız Ukraynaya kollektiv müdafiə səviyyəsində zəmanətlər veriləcəyi təqdirdə imtina etməyə razı olduğunu göstərir:
“Praktikada belə bir zəmanət paketi adətən bir neçə səviyyədən ibarət olur. Bunlardan biri ABŞ və Avropanın böyük dövlətləri ilə ikitərəfli və ya çoxtərəfli təhlükəsizlik sazişidir ki, bu saziş davamlı hərbi yardım, sürətli silah və sursat təminatı, kəşfiyyat mübadiləsi və birgə planlaşdırma öhdəliklərini əhatə edir.

Digər səviyyə isə əvvəlcədən müəyyən edilmiş mexanizmlərdir: məsələn, Rusiya atəşkəsi pozarsa və ya yenidən hücum edərsə, avtomatik hərbi yardımın artırılması və dərhal sanksiyaların sərtləşdirilməsi və s. Zelenski ABŞ ilə ikitərəfli zəmanətlərə işarə edib və digər tərəfdaşlardan verilən təminatları da qeyd edib ki, bu da tək bir zəmanətçidən deyil, koalisiya modelindən söhbət getdiyini göstərir”.
Ukrayna yeni “Budapeşt Memorandumu”nu istəmir
Bu zəmanətlərin etibarlı versiyası çox güman ki, hərbi mövcudluq elementlərini də əhatə edərdi. Bura Ukrayna hava məkanına yaxın ərazilərdə müntəzəm müttəfiq hava patrulları, daimi kəşfiyyat və müşahidə imkanları, Qara dəniz regionunda dəniz müşahidəsi və əsas döyüş sursatlarının çatdırılma müddətini qısaldan daimi logistika infrastrukturu daxil ola bilər:
“Digər mühüm ölçü hüquqi davamlılıqdır. Çünki Ukraynanın Budapeşt Memorandumu ilə bağlı təcrübəsi qeyri-məcburi təminatlara qarşı dərin etimadsızlıq yaradıb. Zelenskinin komandası zəmanətlərin yazılı, icraedilən və gündəlik siyasi dəyişikliklərdən qorunan formada olmasını istədiyini açıq şəkildə göstərir. Bu isə daha çətin ləğv edilən mexanizmləri, məsələn, müqavilə səviyyəli öhdəlikləri, ABŞ Konqresinin prosesə cəlb edilməsini və uzunmüddətli maliyyə səlahiyyətlərini nəzərdə tutur. Ukrayna gələcək siyasi dövrdə də mövcudluğunu qoruyan, hüquqi cəhətdən bağlayıcı təminatlar istəyir”.
Ukrayna gələcəkdə NATO-ya üzv ola bilər
Tsukermanın sözlərinə görə, məhz bu səbəbdən NATO üzvlüyündən indiki mərhələdə imtina Ukraynanın daimi şəkildə Alyansa qəbul edilməyəcəyi anlamına gəlmir:
“Zelenski Ukraynanın gələcək suverenliyindən əbədi olaraq imtina edə biləcək mövqedə deyil. Kiyev tərəfindən neytrallıqla bağlı hər hansı öhdəlik şərti, müddətli və ya Rusiyanın razılaşmalara əməl etməsi ilə əlaqələndirilə bilər. Sülh çərçivələri adətən geri dönməz konstitusion dəyişiklik kimi yox, razılaşmanın müddəti ilə məhdudlaşdırılmış öhdəlik kimi təqdim edilir. Hətta Ukrayna bloklara qoşulmamaq bəndini qəbul etsə belə, gələcək parlament və prezident Rusiyanın razılaşmanı pozması və ya təhlükəsizlik mühitinin dəyişməsi halında bu məsələni yenidən nəzərdən keçirə bilər”.
Zelenskinin NATO-dan imtina planının pərdəarxası
Analitik hesab edir ki, bu addım Ukrayna üçün on il əvvəl olduğundan daha az itki deməkdir:

“Kiyev əsaslandıra bilər ki, NATO-ya üzvlükdən imtina edərək, əvəzində döyüş davamlılığını, hərbi potensialın bərpasını gücləndirən konkret alətlər əldə edəcək. Ukraynanın NATO-dan imtinası danışıqların gedişini ciddi şəkildə dəyişməyəcək. Çünki Kiyev üçün NATO-ya üzvlük onsuz da, yaxın müddətdə əlçatmaz sayılırdı.
Berlin danışıqları ilə bağlı xəbərlərdə bir ortaq xətt var: ən mübahisəli mövzular ərazi və suverenlik məsələləri olaraq qalır. Ukrayna torpaq güzəştləri ilə bağlı təzyiqləri rədd edir, eyni zamanda NATO məsələsində yalnız zəmanət paketi kifayət qədər güclü olacağı təqdirdə razılıq siqnalı verir. Bu ardıcıllıq Kiyev üçün vacibdir. Ukrayna NATO-dan imtinanı icraedilən təhlükəsizlik təminatları əldə etmək və strateji dərinliyi itirib yalnız ritorik dəstək alan bir razılaşmadan qaçmaq üçün danışıqlarda alət kimi görür”, - deyə İ.Tsukerman əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri