Ukrayna ordusu əkshücumda: Rusiyanın üç rayonuna girdilər
Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Silahlı Qüvvələri son əks-hücum zamanı Rusiyanın Kursk vilayətinin üç rayonuna daxil olaraq taktiki uğur əldə biliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Qeyd edilir ki, Ukrayna qoşunları Berdindən cənub və cənub-qərbə doğru irəliləyərək zirehli texnikadan istifadə etməklə mexanikləşdirilmiş hücumlar həyata keçirib, həmçinin rayonun cənub hissəsinə daxil olublar.
Leonidovo rayonunda da hücum intensivləşib. Suca şəhərinin şərqində, Puşkarnı yaxınlığında hücum əməliyyatı həyata keçirilib.
Rusiya mənbələri də Sucada fəallaşma barədə məlumat yayıblar. Rusiya hərbçiləri Maxnivka və Kurlivkanın cənub-şərqinə gedən yol boyunca irəlilədiklərini bildirsələr də, ISW bu iddianı təkzib edib.
Rusiyanın mexanikləşdirilmiş kolonunun Mala Lokna istiqamətində uğursuz cəhd etdiyi də bildirilir. Bundan əlavə, materialda Ukrayna ordusunun Kurskda Rusiya kolonunun əksəriyyətini məhv etməsindən şikayət edən rus komandirlərin məlumatlarına istinad edilir.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri dünən gözlənilmədən Kurskda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 06 Yanvar 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















