Ukrayna ordusu Kursk vilayətində “İskander M” kompleksinin təmir bazasını vurub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kiyev, 13 oktyabr, AZƏRTAC
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiya Federasiyasının Kursk bölgəsindəki “İskander-M” əməliyyat-taktiki raket sisteminin özüyeriyən buraxılış qurğuları və nəqliyyat-yükləyiciləri üçün təmir bazasına zərbə endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”da məlumat yayıb.
Oktyabrın 12-də və 13-nə keçən gecə Müdafiə Qüvvələri Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib.
Məsələn, Kursk bölgəsindəki Kondrinka yaxınlığında “İskander-M” əməliyyat-taktiki raket sisteminin özüyeriyən buraxılış qurğuları və nəqliyyat-yükləyiciləri üçün təmir bazasına zərbə endirilib.
Rusiya Federasiyasının Bryansk bölgəsindəki Şkryabin yaxınlığında bir radar stansiyasına da hücum olunub.
Luqansk bölgəsinin müvəqqəti olaraq ələ keçirilmiş ərazisində Rusiya bölmələrinin logistika obyektlərinə zərbə endirilib. Dovjansk yaxınlığında yanacaq-sürtgü materialları anbarına, Rubejnı ətrafındakı sursat anbarı da hədəf alınıb.
Ukrayna ordusu, həmçinin Rusiyanın canlı qüvvəsinin cəmləşdiyi ərazilərə zərbə endirib. Donetsk vilayətinin Selidovo, Rozdolno, Sujenko və Mirnoqrad, Zaporojye vilayətinin Naberejnı və Luqansk vilayətinin Kuzemivka ərazilərində Rusiya hərbi kontingentləri hücumlara məruz qalıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 13 Oktyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















