Ukrayna ordusu Kurskda mühasirədən qaçmağa çalışır
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Kursk bölgəsində vəziyyət Ukrayna ordusu üçün kəskin şəkildə pisləşib.
Bakıvaxtı.az xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya qoşunları ABŞ-dan kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılmasından istifadə edərək genişmiqyaslı hücuma keçib.
Almaniyanın “Bild” qəzetinin yaydığı məlumata görə, Rusiya silahlı qüvvələrinin bölmələri artıq Lebedevka kəndini və Poreçnoye yaşayış məntəqəsini ələ keçirib. Eyni zamanda, Kiyevdən əldə edilən məlumatlara əsasən, Rusiya qoşunları Malaya Loknya kəndinə doğru irəliləyir.
“Bild” qəzetinin Kiyevdəki mənbələrinə istinadən verdiyi məlumata əsasən, Kursk bölgəsində Ukrayna silahlı qüvvələri üçün “kritik vəziyyət” yaranıb.
Ukrayna ordusu mühasirədən qaçmağa çalışır və Suca qəsəbəsinə doğru geri çəkilir. Ukraynalı hərbçilərin sözlərinə görə, Suca hazırda Rusiya aviasiyası tərəfindən demək olar ki, tamamilə məhv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 10 Mart 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















