Ukrayna Pasxa bayramında 277 hərbçisini əsirlikdən vətənə qaytarıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Kiyev, 19 aprel, AZƏRTAC
Ukrayna və Rusiya aprelin 19-da Pasxa bayramı ərəfəsində böyük məhbus mübadiləsi aparıblar. Ukraynanın 277 hərbçisi rus əsirliyindən azad edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram səhifəsində məlumat yayıb.
"Əsirlərin dəyişdirilməsi xristianların ən mühüm bayramlarından biri - Pasxa bayramı ərəfəsində baş tutub. Ukrayna 277 əsgərini vətənə qaytarıb.
Rusiya əsirliyindən azad edilənlər arasında Ukrayna Silahlı Qüvvələrinin, Ukrayna Milli Qvardiyasının, Dövlət Xüsusi Nəqliyyat Xidmətinin əsgərləri var. Onlar Donetsk, Xerson, Zaporojya və Luqansk vilayətlərini, Mariupol və digər əraziləri müdafiə ediblər.
Xalqımızın bu qayıdışına şərait yaradan hər kəsə təşəkkür edirəm. Mən xüsusilə Birləşmiş Ərəb Əmirliklərinə vasitəçiliyinə görə minnətdaram. Ümumilikdə, genişmiqyaslı müharibə başlayandan indiyədək 4552 əsgər və mülki şəxs Rusiya əsarətindən vətənə gətirilib”, - deyə Zelenski bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 19 Aprel 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















