Icma.az
close
up
RU
Ukrayna Qərbə güvənən dövlətlər üçün acı dərs oldu

Ukrayna Qərbə güvənən dövlətlər üçün acı dərs oldu

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


İkinci dünya müharibəsindən sonra Avropanın gördüyü ən böyük müharibənin - Rusiya - Ukrayna savaşının başlamasından 3 il ötür. Krım alınarkən ruslar düşünürdü ki, Putin sadəcə Nikita Xruşovun vaxtilə Ukraynaya verdiyi bu torpağı geri qaytarır. Ancaq yadıma gəlir, Boris Nemtsov israrla bunun əksini söyləyirdi. Nemtsov 2015 - də Kremlin qarşısında dəhşətli şəkildə öldürüldü, onun dediyi nə var idisə hamısı oldu. Açığı deyim, Nemtsovun çıxışlarını izləyərkən ona heç məndə inanmırdım, mən də Rusiyanın bu qədər irəli gedəcəyini düşünürdüm. Dönüb 10 il geri baxıram bu gün ki, həqiqətən yanılmışam. Putinin hədəfi təkcə Krım deyilmiş, bu gün Ukraynanın Krımla birlikdə 19,4 faizi rus qoşunun nəzarəti altındadır. Putin təkcə Ukraynanı işğal etmədi, həm də Qərb dünyasını parçaladı. Onun Suriya və Ukrayna siyasəti səbəbi ilə Avropa miqrant böhranı ilə üz - üzə qaldı, ənənəvi mərkəzçi partiyalar ciddi tənəzzülə uğradı, radikal sağ sürətli yüksəlişə keçdi. Dünən Almaniyada keçirilən seçkilərdə neofaşistlərin sosial - demokratları geridə qoyaraq ana müxalifət olması ciddi siqnaldır. Bu müharibə beynalxalq münasibətlər sistemini alt - üst etdi. Artıq getdikcə zəifləyən Avropa, öz dəyərlərindən imtina edən ABŞ, getdikcə güclənən Çin var. Putin bu müharibə ilə Qərb dünyasına çox ağır zərbə vurdu. Şərq ölkələrində ABŞ və Avropaya inam yerlə bir oldu. Ukrayna Qərbə güvənən bütün dövlətlərə acı bir dərs oldu həmdə.
Zeynal Əmrəliyev, politoloq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Fevral 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri