Ukrayna rus ordusundan əsir götürdü, Azərbaycana verdi
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna hüquq-mühafizə orqanları Rusiya silahlı qüvvələrinin tərkibində döyüşmüş Azərbaycan vətəndaşını Bakıya ekstradisiya edib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Elbəyi Həsənli “Ukrinform”a istinadla paylaşıb.
Məlumata əsasən, Hacıqabul rayonundan olan 45 yaşlı şəxs 2023-cü ildə Rusiya ordusu ilə müqavilə bağlayaraq, Donetsk istiqamətində Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak edib. O, 2024-cü ilin iyun ayında Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb və sonradan Azərbaycanın Baş Prokurorluğunun müraciəti əsasında ölkəsinə təhvil verilib.
“Bu addım Ukraynanın beynəlxalq hüquqa uyğun hərəkət etdiyini göstərməklə yanaşı, Azərbaycanla münasibətlərdə qarşılıqlı etimadın mövcudluğunu da nümayiş etdirir” - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 06 Aprel 2026 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















