Ukrayna Rusiya danışıqlarında böyük mübadilə razılaşdırıldı Video
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya Rusiya ilə keçirilən danışıqların çətin keçdiyini, lakin tərəflərin genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldiyini bildirib.
Bizim.Media xəbər verir ki, Araxamiyanın sözlərinə görə, bu raund danışıqlar ən çətin mərhələlərdən biri olub.
O qeyd edib ki, Rusiya tərəfi çox sərt təlimatlarla gəldiyindən müzakirələrin yumşaldılması olduqca çətin olub. Bununla belə, tərəflər genişmiqyaslı mübadilə barədə razılığa gəliblər.
Araxamiya bunun indiyədək ən böyük mübadilə, yaxud ən böyük mübadilələrdən biri ola biləcəyini vurğulayıb.
Ukrayna nümayəndə heyətinin rəhbəri danışıqların üçtərəfli formatdan Avropanın da iştirakı ilə çoxtərəfli formata keçməli olduğunu bildirib. Onun fikrincə, söhbət müharibədən sonrakı təhlükəsizlikdən getdiyi üçün Avropa ölkələri də danışıqlar masasında yer almalıdır.
Araxamiya əlavə edib ki, ABŞ nümayəndə heyəti Moskvadan qayıtdıqdan sonra növbəti görüşün mümkün tarixi Dublində müzakirə olunacaq. O, Yeni ilədək həll yolunun tapılması üçün əlverişli dinamikanın yarandığını düşündüyünü deyib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 11 Noyabr 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















