Ukrayna: Rusiya ordusu 72 pilotsuz təyyarə ilə hücum həyata keçirib
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya ordusunun 72 pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə hava hücumu təşkil etdiyi bildirilib.
Turkustan.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Telegram hesabından verilən açıqlamaya görə, ruslar bu gecə ölkəyə pilotsuz təyyarə ilə hücum edib.
Açıqlamada Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə 72 PUA atdığı, 44 PUA-nın isə hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyi və ya yönləndirilərək təsirsiz hala salındığı qeyd edilib.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən (DSNS) verilən açıqlamada dünən Rusiyanın paytaxt Kiyevə endirdiyi hava hücumundan sonra davam edən axtarış-xilasetmə işləri ilə bağlı məlumat verilib.
Şəhərin Sviyatoshinskiy bölgəsini hədəf alan hücumda ölənlərin sayının 28-ə yüksəldiyi vurğulanan açıqlamada, "3-ü 2, 6 və 17 yaşlı uşaq olmaqla 28 nəfər həyatını itirib. 16-sı uşaq olmaqla 159 nəfər yaralanıb".
Açıqlamada dağıntı sahəsində axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 01 Avqust 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















