Ukrayna Rusiyadan qaz tranzitini dayandırır
Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna yanvarın 1-dən Rusiya qazının tranzitini dayandırmağa hazırlaşır.
Teleqraf.com Ukraynanın “Strana.ua” nəşrinə istinadən xəbər verir ki, bunu Berlində Almaniya-Ukrayna biznes forumu zamanı energetika naziri German Qaluşenko deyib.
“Mövqemiz tamamilə açıqdır: biz yanvarın 1-dən sıfır tranzitə hazırlaşırıq. Uzun müddətdir ki, bununla məşğul oluruq”, - nazir bildirib.
Qaluşenko əlavə edib ki, məhz bu il Ukrayna qaz sistemi üçün sıfır tranzitlə necə işləyəcəyini müəyyən etmək üçün bir neçə test keçirilib.

Ukrayna Rusiyadan qaz tranzitini dayandırır
12 Dekabr 2024 22:37
Ukrayna Rusiyadan qaz tranzitini dayandıracaq
19 Dekabr 2024 23:36
Zelenski: Ukrayna Rusiyadan qaz tranzitini davam etdirmək niyyətində deyil
19 Dekabr 2024 21:13
Bolqarıstan Rusiyadan qaz tranzitini dayandıra bilər
11 Dekabr 2024 09:19
Ukrayna Rusiya qazının tranzitini dayandırır BU TARİXDƏN
12 Dekabr 2024 21:18

