Ukrayna Rusiyanın dəmir yolu infrastrukturuna zərbə endirdi İlk dəfə
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna bu gün səhər saatlarında Rusiyanın Bryansk vilayətində dəmir yolu infrastrukturuna pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı regionun qubernatoru Yeqor Kovalçuk açıqlayıb.
Onun sözlərinə görə, zərbələr nəticəsində Dyatkovo-Lyudinovo keçidində dəmir yolu körpüsünün bir hissəsi uçub, 10 vaqon isə relsdən çıxdı.
Bundan başqa, regionun Uneçsk rayonunda dəmir yolu xətti hücuma məruz qalıb. Hücum nəticəsində 18 ədəd boş yarımvaqon relsdən çıxıb. Navlinsk rayonunda isə pilotsuz uçuş aparatı dəmir yolu örtüyünü zədələyib.
Kovalçuk bu 3 hücum nəticəsində xəsarət alanların olmadığını bildirib.
Qeyd edək ki, bu, Ukraynanın Rusiyanın dəmir yollarına dronlarla zərbə endirməsi ilə bağlı ilk haldır. Daha əvvəl Rusiya-Ukrayna müharibəsi dövründə Rusiya ərazisində dəmir yolu xətlərinin partladılması ilə bağlı bir neçə hadisə baş verib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 28 Sentyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















