Icma.az
close
up
RU
UKRAYNA RUSİYANIN “ÜRƏYİNƏ” ZƏRBƏLƏR ENDİRİR Neft qaz infrastrukturunun yarısı zədələnib

UKRAYNA RUSİYANIN “ÜRƏYİNƏ” ZƏRBƏLƏR ENDİRİR Neft qaz infrastrukturunun yarısı zədələnib

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna ordusunun son həftələrdə Rusiyanın enerji infrastrukturuna endirdiyi ardıcıl zərbələr Kreml üçün ciddi böhrana çevrilməkdədir.

“AzPolitika” xəbər verir ki, son 45 gün ərzində 12 iri neft emalı zavoduna ümumilikdə 17 zərbə endirilib. Bu zavodlar Rusiyanın ümumi emal gücünün 42 faizini təşkil edir. Bu isə o deməkdir ki, Moskvanın həm daxili yanacaq bazarı, həm də xarici ixrac imkanları çökmə təhlükəsi ilə üz-üzədir.

Beləliklə, ay yarım ərzində aşağıda qeyd olunan zavodlar ardıcıl hədəfə alınıb:

2 avqust – Novokuybyşevsk və Ryazan zavodları

7 avqust – Afipsk zavodu

10 avqust – Saratov zavodu

14 avqust – Volqoqrad zavodu

15 avqust – Sızran zavodu

19 avqust – Volqoqrad zavoduna ikinci hücum

21 avqust – Novoşakhtinsk zavodu

24 avqust – Sızran zavoduna ikinci hücum

28 avqust – Kuibışev və Afipsk zavodları

30 avqust – Krasnodar və Sızran zavoduna üçüncü zərbə

5 sentyabr – Ryazan zavoduna ikinci hücum

7 sentyabr – İlsk zavodu

13 sentyabr – Novo-Ufa zavodu

14 sentyabr – Kiriş zavodu.

Bu siyahıdan aydın görünür ki, Ukrayna artıq təsadüfi hədəflərə yox, Rusiyanın enerji “ürəyinə” zərbələr endirir.

Neft emalı zavodları Rusiyanın büdcə gəlirlərinin əsas sütunlarından biridir. Onların sıradan çıxarılması daxildə yanacaq qıtlığına, ixracda isə kəskin azalmaya gətirib çıxarır. Nəticədə isə daxildə qiymət artımı və sosial narazılıq qaçılmaz olur.

Rusiya rəhbərliyi məcburən daxili bazarı qorumaq üçün ixraca qadağa və məhdudiyyətlər tətbiq etməyə hazırlaşır. Bu isə həm Asiya bazarında, həm də Qərbə yanacaq daşıyan kölgə şəbəkələrində ciddi silkələnmə yaradacaq.

Ukraynanın bu hücumları yalnız hərbi deyil, həm də siyasi məna daşıyır. Kreml illərdir dünyaya “enerji nəhəngi” obrazı sırımağa çalışırdı. İndi isə Rusiyanın ən böyük zavodlarının bir-bir sıradan çıxması bu mifin dağılmasına səbəb olur.

Bu həm də Moskva daxilində narazılığın artması üçün əlavə amildir. Çünki müharibənin qiymətini indi artıq cəbhədəki əsgərlər deyil, benzinsiz qalan sadə ruslar da ödəməyə başlayır.

Beləliklə, Ukrayna son 45 gündə göstərdi ki, müharibəni yalnız cəbhədə deyil, həm də Rusiyanın iqtisadi “damarlarında” aparır. Bu proses davam edərsə, yaxın aylarda Kreml həm daxildə sosial partlayış, həm də beynəlxalq arenada etibar itkisi ilə üz-üzə qala bilər.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Sentyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri