Ukrayna Rusiyaya məxsus 10 tanker və 4 bərəyə hücum edib
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Müdafiə Qüvvələri iyulun 11-dən 12-nə keçən gecə Rusiya ərazisində və işğal olunmuş bölgələrdə bir sıra hərbi və hərbi-iqtisadi obyektlərə hücumlar həyata keçirdiyini bildirib.
Yeniava.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, əsas hədəflərdən biri Rusiyanın Samara vilayətində yerləşən Sızran neft emalı zavodu olub. Ukrayna tərəfi zavod ərazisində partlayışlar və yanğınların qeydə alındığını açıqlayıb. Zərbənin nəticələrinin dəqiqləşdirildiyi bildirilib.
Sızran neft emalı zavodunun illik layihə gücü təxminən 8,5 milyon ton xam neft təşkil edir. Müəssisədə benzin, dizel yanacağı və aviasiya yanacağı istehsal olunur. Ukrayna tərəfi zavodun Rusiya ordusunun yanacaq təminatında rol oynadığını qeyd edib.
Bundan əlavə, Ukrayna qüvvələrinin Azov dənizində Rusiyaya məxsus 10 tanker və 4 bərəyə hücum etdiyi bildirilib. Kiyev iddia edir ki, həmin tankerlər beynəlxalq sanksiyalardan yayınaraq Rusiya neftinin daşınmasında istifadə olunub, bərələr isə Rusiya hərbi logistikasını dəstəkləyib.
Baş Qərargahın məlumatına əsasən, hücumlar digər istiqamətlərdə də həyata keçirilib. Ukrayna qüvvələri Zaporojye vilayətinin işğal altındakı Tokmak şəhəri yaxınlığında yanacaq-sürtkü materialları daşıyan Rusiya qatarını vurduğunu açıqlayıb.
Həmçinin Ukrayna tərəfi Leninqrad vilayətində yerləşən “Novatek-Ust-Luqa” neft kompleksinə zərər dəydiyini təsdiqləyib.
OSINT mənbələrinin məlumatına görə, son dövrlərdə Ukrayna Rusiyanın “kölgə donanması” adlandırılan tanker şəbəkəsinə, limanlarına və neft infrastrukturuna qarşı hücumları intensivləşdirib. “Reuters”in yaydığı məlumata görə, Azov dənizində gəmilərə edilən hücumlardan sonra Rusiya Don-Azov kanalında gəmi hərəkətini müvəqqəti dayandırıb.
Baxış sayı:151
Bu xəbər 12 İyul 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















