Ukrayna rusların bu sistemini məhv etdi
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Ukrayna Təhlükəsizlik Xidmətinin bu gün Krımda keçirdiyi xüsusi əməliyyat çərçivəsində Kerç yaxınlığındakı Hava Hücumundan Müdafiə sistemləri, eləcə də “Saki” və “Qvardeyskoye” hərbi aerodromlarının infrastrukturu hədəfə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBK-Ukraine” Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
Məlumata əsasən, “Saki” hərbi aerodromunda aviasiya texnikasının saxlanılması üçün istifadə olunan dörd anqar vurulub.
Bundan əlavə, “Qvardeyskoye” hərbi aerodromunun infrastrukturuna da zərbələr endirildiyi bildirilir.
Məlumata görə, Kerç yaxınlığında S-400 zenit-raket kompleksinin tərkibinə daxil olan iki sistem, iki “Pantsir-S1” zenit-raket-top kompleksi məhv edilib.
Ukrayna Təhlükəsizlik Xidmətinin açıqlamasında bildirilir ki, Rusiya ordusu Krım səması üzərində nəzarəti itirir: “Məhv edilən hər bir Hava Hücumundan Müdafiə sistemi və vurulan hər bir hərbi aerodrom Ukraynanın növbəti zərbələri üçün yeni imkanlar yaradır”.
Bundan əlavə, iyunun 24-nə keçən gecə Sevastopolda Balaklava İstilik Elektrik Stansiyasına zərbə endirildiyi, ardınca isə şəhərdə genişmiqyaslı elektrik kəsintilərinin baş verdiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 24 İyun 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















