Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna sentyabrın 6-na keçən gecə Rusiyanın Ryazan şəhərindəki neft emalı zavoduna pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib, ölkənin müxtəlif şəhərlərini hədəfə alıb.
APA xəbər verir ki, bu barədə monitorinq kanalları və yerli hakimiyyət orqanları məlumat yayıb.
“Exilenova Plus” “Telegram” kanalı Rostov vilayətində Bataisk şəhərində hava hücumundan müdafiə sistemlərinin işə salındığını bildirib.
“Astra”nın məlumatına görə, Rostov-na-Donu şəhərində də partlayış səsləri eşidilib.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar hücumu təsdiqləyərək bildirib ki, şəhərdə üç yaşayış binasına ziyan dəyib və bir uşaq xəstəxanaya yerləşdirilib.
“Exilenova Plus”un məlumatına görə, Rusiyanın qərbində yerləşən Ryazan şəhərindəki neft emalı zavoduna da zərbələr endirilib, yanğın baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 06 Sentyabr 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















