Icma.az
close
up
RU
Ukrayna savaşının 3 cü ili:ABŞ ın və Rusiyanın tamah dişi

Ukrayna savaşının 3 cü ili:ABŞ ın və Rusiyanın tamah dişi

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

3 il əvvəlin bu günü Rusiya prezidenti Vladimir Putin əmri ilə Ukrayna ərazilərinə hücuma start verildi.


Adalet.az xəbər verir ki, 2022-ci il 24 fevral səhər saat 5 radələrində (Bakı vaxtı ilə), Rusiya Prezidenti Vladimir Putin çıxışında Ukraynaya hücum etməyə başladığını açıqladı.
Putinin çıxışından 15 dəqiqə sonra, jurnalistlər Kiyev, Xarkov, Odessa və Krematorskda baş verən partlatışlar haqda məlumat yaymağa başladı.Ukrayna Rusiyanın Mariupol şəhərinə əsgərlər göndərdiyini və Kiyev, Xarkov və Dniprodakı hava limanlarına və hərbi bazalarına qanadlı raket və ballistik raketlər atdığını açıqladı. Hərbi maşınlar Ukrayna vaxtı ilə səhər saat 5-də Krım sərhədindən Ukraynaya girdi.
“72 saat müddətinə bütün Ukraynanı zəbt edəcəyik” deyən qarşı tərəf 3 ildə hələki Ukraynanı tam işğal edə bilməyəcəyini, əksinə siyasi və hərbi qüvvəsinin tükəndiyini nümayiş etdirə bildi.


Rusiya müharibənin 1096-cı günü- - ötən gün üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyərək bildirdi ki, xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 656 təyyarəsi, 283 helikopteri, 44 263 PUA-sı, 596 zenit-raket kompleksi, 21 713 tank və digər zirehli texnikası, 1 521 reaktiv yaylım atəş sistemi, 21 980 artilleriya və minaatanı, 32 059 xüsusi hərbi avtomobil texnikası məhv edilib”.
Ukraynanı 3 ildir “diz üstə çökdürmək” üçün çalışan və “sındıra” biməyən Rusiyanında itkiləri az deyil:

Məlumata əsasən, Rusiya indiyə qədər 867 180 hərbçi, 10 168 ədəd tank, 21 151 ədəd zirehli döyüş maşını, 23 582 ədəd artilleriya sistemi, 1 296 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1081 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 38 334 ədəd avtomobil texnikası, 26 428 ədəd PUA, 3064 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 757 xüsusi avadanlıq itirib

Özünü dünyanın qüdrətli dövləti elan edən Rusiya indiyə qədər 14-dən çox generalını və yüzminlərlə əsgərini itirib. Artıq ordunu doldurmaq üçün həbsxanalardakı dustaqları, eyni zamanda yollardan, evlərdən zorla tutularaq məcburən döyüşçü edilənlərin ümidininə qalıb. Rusiya bu 3 illik müharibə dövründə o günə salıb ki, Şimali Koreyadan Ukraynaya qarşı döyüşmək üçün kömək də istəyib.

Təbii ki, özgəsinin torpaqlarında, bir başqasının xeyrinə döyüşmək koreyalıların ürəyincə olmasa da ali baş komandanlığın əmrindən çıxmaq da mümkün deyil. Amma koreyalıların Ukrayna hücumu da Rusiya üçün elə də böyük müvəffəqiyyət vermədi. Bu ilin yanvarında məlum oldu ki, Rusiyanın Kursk bölgəsində Ukrayna ilə 6 ay əvvəl döyüşə girən Şimali Koreya hərbçilərinin ümumi qurbanlarının sayı təxminən 3000 nəfərdir.

Rusiyanın hazırda işğalı altında xeyli Ukrayna torpağı mövcuddur. Ukraynanın müvəqqəti işğal olunmuş həmin ərazisində təxminən 350 milyard dollar dəyərində mühüm mineral ehtiyatlar var. Mineral ehtiyatlara dair bəzi məlumatlar köhnəldiyi üçün hesablamalar davam edir.
Həmin qiymətli və nadir təbii ehtiyatlara ABŞ prezidenti Trampında namizəd olması və bunun müqabilində Ukraynaya yardımçı olma ehtimalını deməsi vəziyyəti son 3 ildə ən kritik həddə gətirib çıxarıb.

Təbii ki, Ukraynaya hərbi yardım qarşılığında öz nadir təbii ehtiyatlarını ABŞ-a verməyi düşünməyən ölkə prezidenti bunun üçün həmin ərazilərin işğaldan azad edilməsini vacib bilib.Məhz Zelenskinin bu fikirlərindən sonra ABŞ Prezidenti onu "diktator" adlandırıb. Eyni zamanda Ukraynadan  yardımların əvəzi olan 500 milyard dollar  tələb edib.  Ukrayna ABŞ-a Prezident Donald Trampın iddia etdiyi 500 milyard dollar verməli olduğunu qəbul etməyib.

Bundan başqa Zelenski ilə görüşdə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynanın kritik minerallarla bağlı razılığa gəlmədiyi təqdirdə "Starlink" xidmətinin kəsilə biləcəyi mesajını verib. Bildirilib ki, 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayanda İlon Mask Ukraynaya minlərlə "Starlink" terminalı göndərib. ABŞ-ın bu addımı müharibə zamanı kritik kommunikasiya infrastrukturunu siyasi təzyiq aləti kimi istifadə cəhdi olaraq dəyərləndirilir. Beləliklə məlum olur ki,  hazırda ABŞ-Ukrayna münasibətləri də  gərgin dönəmini yaşayır.

Buna baxmayaraq, Türkiyə lideri Ərdoğanın daha bir həmləsi – 18 fevralda Ər-Riyadda ABŞ-Rusiya yüksək səviyyəli məmurlarının Ukrayna üzrə danışıqlara başladığı bir vaxtda Ukrayna Prezidenti Zelenskini qəbul etməsi əslində qarşıda çox çətin bir dönəmin baçlanmasına işarədir. Xüsuən, Ərdoğanın Ukraynanın ərazi bütövlüyünü tanıdığını bir daha uca səslə bəyan etməsi də dediyimizə sübutdur.
Əlbəttə ki, Rusiya bundan xeyli narahat olduğunu biruzə verdi. Rusiya Prezidenti Vladimir Putin 22 fevralda Təhlükəsizlik Şurasının toplantısını keçirdi və “yaxın qonşularla və dostlarla” əlaqələri müzakirəyə çıxartdı. Təcili Rusiya xarici işlər naziri Sergey Lavrovu Türkiyəyə göndərdi. Lavrovun Türkiyəyə bugünkü səfəri böyük ehtimalla iki mövzu ilə bağlıdır. Lavrov Ankarada Ukrayna və Suriyanı müzakirə etmək istəyir.
Görünən odur ki, bu "xəmir" hələ çox su aparacaq.
Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 Fevral 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see217

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see184

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see155

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see151

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see146

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see146

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see136

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see133

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see132

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see130

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see127

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see126

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri