Icma.az
close
up
RU
Ukrayna seçkilərin ASTANASINDA Zelenskini əvəz edəcək POTENSİAL NAMİZƏDLƏR

Ukrayna seçkilərin ASTANASINDA Zelenskini əvəz edəcək POTENSİAL NAMİZƏDLƏR

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Deyəsən, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın seçkilərlə bağlı tələbi fonunda geri addım atmaq üzrədir.  
Belə ki, Ukrayna Prezidenti son müraciətində Ali Rada üzvləri ilə ölkədəki seçkilərə hazırlıq məsələlərini müzakirə etdiklərini bəyan edib. Zelenski hazırki şəraitdə seçkiyə getməyin asan olmadığını söyləməklə yanaşı, bu yöndə təzyiqlərin də lazım olmadığını bildirib.
Zelenski onu da əlavə edib ki, parlamentarilərdən məsələ ilə bağlı müvafiq təkliflər gözləyir.
Bu açıqlama onu deməyə əsas verir ki, Zelenski Ağ Evin təzyiqləri qarşısında seçki məsələsində geri çəkilməyə məcbur olub. Lakin Zelenskinin mövcud şəraitdə növbəti dəfə namizədliyini irəli sürəcəyi ağlabatan deyil. 
Bu fonda maraqlıdır, görəsən, Zelenskinin yerinə potensial namizədlər kimlər olacaq?
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizim.Media-ya açıqlamasında qeyd edib ki, Ukrayna kimi müharibə aparan ölkədə seçkilərin keçirilməsinin hüquqi əsaslarını sırf hüquqi kontekstdə müəyyənləşdirmək nə qədər çətindirsə, seçkinin müharibə vəziyyətində keçirilməsi də bir o qədər çətindir:
“Buna görə Ukrayna xalqı üçün çətin sınaq olacaq. Seçkilərin keçirilməsilə bağlı hər şeydən öncə optimal vaxtın müəyyənləşdirilməsi vacibdir. Çünki müharibə davam etdiyi bir vaxtda, həm beynəlxalq hüquqda, həm milli hüquqda, həm də sırf praqmatik nöqteyi-nəzərdən, təhlükəsizlik səbəbindən seçkini keçirmək çətin olur.
 

Müharibə bitməmiş Ukraynada seçkilər keçiriləcəksə, nəticələri də başqa olacaq. Seçkilər müharibə bitdikdən sonra keçiriləcəyi təqdirdə də nəticələr başqa olacaq. Ona görə ki, müharibənin hansı şərtlərlə bitməsi Ukrayna seçicisinin siyasi mövqeyinə birbaşa təsir göstərəcək.

Düşünürəm ki, Zelenskinin seçilməsi necə gözlənilməz oldusa, növbəti seçiləcək Prezident də bu şəkildə olacaq. Hazırkı vəziyyətdə isə seçki prosedurları başlamadan, namizədlər bəlli olmadan proqnoz vermək o qədər də doğru deyil”.
“Poroşenko, Timoşenko, Zalujnı...”
Politoloq Zərdüşt Əlizadə isə bildirib ki, Ukraynada seçki keçiriləcəyi təqdirdə, indiki Prezidentin yerinə Pyotr Poroşenko, Yuliya Timoşenko, Ruslan Stepançuk və Valeri Zalujnı namizədliklərini verə bilərlər:
“Müharibə bitdikdən sonra, Ukraynada birmənalı şəkildə Prezident seçkiləri keçiriləcək. Həmin dövrdə Prezident kürsüsündə oturmaq istəyənlərin sayı da çox olacaq. Yatıb yuxularında prezident olduqlarını görənlər namizəd kimi seçkilərə gedərək, şanslarını sınamaq niyyətinə düşəcək.
Bu sırada vaxtilə vəzifədə olanlar daha çox canfəşanlıq edəcək. Savaş başa çatandan sonra
Zelenskinin yerinə potensial namizədlər qismində keçmiş Prezident Pyotr Poroşenko, əvvəlki baş nazir Yuliya Timoşenko, Ali Radanın spikeri Ruslan Stepançuk, habelə ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnının seçki marafonuna qatılacağını gözləyirəm. Yəni namizədlər əsasən keçmişdə və indi vəzifə sahibi olanlar içərisindən çıxacaq. Hansısa yeni bir siyasətçinin indiki dövrdə namizəd olacağı isə o qədər də ağlabatan deyil”.
Rüfət Sultan, Bizim.Media  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Dekabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri